Tovuzda minik maşını aşıb VİDEO
Ağstafa, 17 aprel, R.Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. Hərəkətdə olan VAZ markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza zamanı avtomobildə 2 nəfər olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.