TPG500 PLATFORMASI XƏZƏR DƏNİZİNDƏ ƏN NƏHƏNG QURĞU OLACAQDIR
Şahdəniz qaz-kondensat yatağının istismarı bu platforma vasitəsilə aparılacaqdır. 12 blokdan və 680 paneldən ibarət olan platformada 120 nəfərin rahat yaşaması və işləməsi üçün hər cür şərait yaradılır. Teknip Məritaym Ofşor Limited (TMOL) şirkətinin idarə etdiyi bu layihə üzrə ən mühüm işlər Zığ tikinti-quraşdırma sahəsində görülür. Burada dünya səviyyəli dəniz tikinti-quraşdırma sahəsi qurulmuşdur.
Platformanın gövdə hissələri ayrı-ayrılıqda Sinqapurda quraşdırılmış və hissələr oradan Bakıya Volqa-Don kanalı ilə gətirilmişdir.
Zığ sahəsinə gətirilərkən TPG500 platformasının gövdəsinin son çəkisi 13.500 ton idi. Platformada bütün quraşdırma işləri başa çatandan sonra onun çəkisi 35 min ton ağırlığında olacaqdır. Xəzərdə ən nəhəng qurğu bu obyekt olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:39]
Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
- 08.10.2026 [11:27]
Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib
- 08.10.2026 [11:22]