Tramp Britaniya Baş nazirini müdafiə xərclərini ikiqat artırmağa çağırıb
London, 28 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Kir Starmerin müdafiə xərclərini 2,5 faizə yüksəltmək vədinə baxmayaraq, ölkənin bu sahəyə ayırdığı vəsaiti ikiqat artırmasını istəyib.
AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, Ağ evdən verilən məlumata görə, D.Tramp Kir Starmerin müdafiə xərclərini artırmaq qərarından çox məmnun qalıb, lakin yenə də NATO müttəfiqlərini müdafiə büdcələrini 5 faizə yüksəltməyə çağırıb.
Baş nazir K.Starmer Vaşinqtonda, Ağ ev və Dauninq Strit arasında indiyə qədər keçirilmiş ən vacib görüşlərdən birində iştirak edir. Onun ABŞ-dan Ukrayna üçün dəstək mexanizmi tələb edəcəyi gözlənilir.
Starmerin ÜDM-də müdafiə xərclərinin 2,3 faizdən 2,5 faizə qaldırılması qərarı da bu çərçivədə Avropanın öz təhlükəsizliyi üçün daha çox məsuliyyət götürməyə hazır olduğunu göstərmək məqsədi daşıyır.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]