Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq
Bakı, 25 fevral, AZƏRTAC
ABŞ-ın keçmiş lideri Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında deyib: "Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Bizim seçimimiz yoxdur".
Siyasətçi qeyri-qanuni miqrasiyanı ölkə üçün təhlükə adlandırıb. "Bu, yaxşı deyil və mən bunu söyləməyə nifrət edirəm. Mediadakı klounlar deyəcəklər: “O, çox qəddardır”. Xeyr. Qanunsuz miqrantlar xalqımızı öldürürlər”, - deyə eks-prezident əlavə edib.
Onun sözlərinə görə, miqrantlar ABŞ-da heç kimin eşitmədiyi dillərdə danışırlar.
Tərəfdarları qarşısında çıxış edən 77 yaşlı Tramp özünü “siyasi dissident” kimi qələmə verib və 91 cinayət ittihamı ilə üzləşməsindən təəssüflənib. "Mən bu gün sizin qarşınızda təkcə keçmişiniz və ümid edirəm, gələcək prezidentiniz kimi deyil, həm də qürurlu siyasi dissident kimi dayanıram. Mən dissidentəm", - o deyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]