Treyderlər FES-in noyabr ayında uçot dərəcəsini artırma ehtimalını qiymətləndiriblər
Bakı, 7 oktyabr, AZƏRTAC
ABŞ Federal Ehtiyat Sistemi (FES) tərəfindən baza faiz dərəcəsinin daha da artırılması ilə bağlı treyderlərin gözləntiləri əmək bazarı üzrə sentyabr hesabatının dərc olunmasından sonra artıb.
AZƏRTAC xəbər verir ki, “CME Group”un məlumatına görə, 31 oktyabr - 1 noyabr tarixlərində keçiriləcək iclasda uçot dərəcəsinin artırılması ehtimalı treyderlər tərəfindən cümə axşamı 20,1 faiz ilə müqayisədə 34 faiz səviyyəsində qiymətləndirilir.
Bazar FES-in 2023-cü ilin sonuna qədər qalan iki iclasdan birində uçot dərəcəsinin artırma şansını əvvəlki 48 faizdən 56 faizə yüksəldib.
ABŞ Əmək Departamentinin məlumatına görə, Amerika iqtisadiyyatında iş yerlərinin sayı sentyabr ayında 336 min artmaqla, səkkiz ayın ən sürətli artım tempi olub. “Trading Economics”in istinad etdiyi ekspertlərin konsensus proqnozu göstəricinin 170 min artmasını nəzərdə tuturdu. İş yerlərinin sayı isə əvvəllər bildirildiyi kimi 187 min yox, 227 min artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib
- 02.10.2026 [14:43]
FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb
- 02.10.2026 [13:58]