Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tunisdə 10 ən yaxşı talassoterapiya proseduru

Bakı, 26 iyul, AZƏRTAC

Talassoterapiya arıqlamaq, qamətini düzəltmək, gözəlləşmək və dərisini hamarlaşdırmaq istəyənləri Tunisə cəlb edən vasitədir. Sahildə yerləşən nadir otelin özünün talassomərkəzi yoxdur. “Beşulduzlu”, “dördulduzlu” və hətta sadə “üçulduzlu” otellərin artıq çoxdan bürünmə, masaj və yuma kabinetləri var. Populyar talassoterapiya mərkəzləri turistləri daim Tunisə cəlb edir.

AZƏRTAC Tunisdə münasib talassoproqram seçməyinizə kömək etmək üçün “tonkosti.ru”nun materialları əsasında istirahətin bu növündən söhbət açır.

Hamam + qommaj + bürünmə

Bu, hər hansı tallassoterapiya kursuna başlamaq üçün tövsiyə olunan ən sınanmış prosedurdur. “Hamam + qommaj + bürünmə” proseduru içərisində pıqqapıq qaynayan su ilə döşəmənin altında yerləşən çənlərin buxarı ilə işləyən ənənəvi Tunis hamamında tərləməyi nəzərdə tutur. Özünü daha rahat hiss etmək üçün futu deyilən pambıq mələfə salınmış mərmər taxtın üstündə uzanmaq olar. Dərinizin məsamələri açılandan sonra hamamçı sizi kisələyəcək və zeytun tərkibli sabun çəkilmiş lüfə ilə sizi yuyunduracaq. Bürünmə üçün gül distilyatı, çox vaxt ətirşah distilyatı ilə losyon halına gətirilmiş tfal deyilən xüsusi gildən istifadə olunur. Prosedurun sonunda tfal soyuq su ilə yuyulur.

Dəniz suyu damcıları ilə masaj duşu

Dəniz suyu damcıları ilə masaj duşu istirahət edənlərin ən çox sevdiyi o qədər də bahalı olmayan bir prosedurdur.

Bu prosedur üstündə insanın boyu bərabərində yerləşdirilmiş 4-5 miniatür duş olan xüsusi masanın üstündə yerinə yetirilir. Duşlardan ilıq dəniz suyu damcıladıqca, hamamçı da adamın canına yağ kimi yayılan ümumi masaj edir. Masaj dərini rahatladır, yüngül ovxalama ilə faydalı mikroelementləri dəriyə yeridir.

Kleopatranın vannası

Kleopatranın vannası ən iri talassomərkəzlərin təklif etdiyi VIP-prosedurdur. Rəvayətə görə, məşhur çariça dərisinin cavanlığını və bəyazlığını qoruyub saxlamaq üçün süd vannaları qəbul edirmiş. Doğrudur, hazırda xalis süd vannası təklif olunmur. Sadəcə, dəniz suyu doldurulmuş vannaya bolluca süd, habelə minaçiçəyi, rozmarin və  evkalipt kimi efir yağları əlavə olunur. İnsanın ruhən dincəlməsi üçün vannada bolluca gül ləçəkləri üzür.

Hidrospektroterapiya

Hidrospektroterapiya rənglə müalicə deməkdir. Bunun üçün içərisi dəniz suyu ilə doldurulmuş, rəngarəng işıq lampaları olan hidromasaj vannaya uzanır və sezilmədən bir-birini əvəzləyən gözəl rənglər aləminə qərq olursunuz.

Alqoterapiya

Müalicənin bu növü həm yosun ekstraktlarının bədənin müəyyən problemli nahiyəsinə, həm bu faydalı substansiyanın bədənin hər yerinə çəkilməsini nəzərdə tutur. Prosedur maddələr mübadiləsini yaxşılaşdırır, bədəndə, o cümlədən oynaqlarda iltihab proseslərini müalicə edir, dərini yumşaldır. Olduqca gözəl hisslər bəxş edir: yosun ekstraktları bədən temperaturuna qədər qızdırılır və nəm olması sayəsində quruyub dəriyə yapışmır.

Ayaqlar üçün dəniz suyu vannası

Oturaq, yaxud çox yeriməyi tələb edən işdə çalışanlar üçün əhəmiyyətli olan bu prosedur müxtəlif təzyiqli hidromasaj şırnaqlarının baldır, topuq və dabanlara təsirindən ibarət dəniz suyu prosedurudur. Bunun üçün kiçik hovuzun kənarında - yumşaq döşəkcəli və rahat söykənəcəkli oturacaqda oturub, ayaqlarınızı vannanın içinə salırsınız. Müxtəlif temperaturlu su verilir, şırnağın təzyiqi də rəvan tənzimlənir. Belə vannadan sonra ayaqlarınızda inanılmaz yüngüllük hiss edirsiniz.

Sualtı duş

Sualtı duş bir növ müalicəvi və dincəldici cakuzidir. Bunun üçün içərisinə ilıq dəniz suyu doldurulmuş vannaya uzanırsınız. Vannada gül ləçəkləri üzür, kənarlarında ətirli şamlar yandırılır. Suya dərman bitkilərinin ekstraktları, essensiya və yağlar əlavə olunur və bu da terapevtik təsiri artırır.

Akvatonik

Hamıya tövsiyə olunan bu prosedur dəniz suyu ilə doldurulmuş, müxtəlif hidromasaj vasitələri ilə təchiz edilmiş hovuzda gəzintini nəzərdə tutur. Burada dabanları masaj edən elastik sualtı şəlalələrin üstündə dayanmaq, dar dəhlizdə müxtəlif bucaq altında topuq və baldırlara yönəldilmiş güclü su şırnaqları arasından yüyürmək, “sualtı bomba”nın üstündə sellüliti əsaslı şəkildə əritmək, çiyinləri yumşaldan yelpikvari şəlalənin altında oturmaq, rəvan sualtı axınları olan zonada mürgü vurmaq olar.

Şarko duşu

Şarko duşu artıq çəkidən azad olmaq istəyənlər üçün ən populyar prosedurdur. Bu duş uzaq məsafədən güclü su şırnağı ilə problemli zonalara təsir göstərmək, qan dövranını yaxşılaşdırmaq, artıq çəkidən azad olmaq vasitəsidir. Üstünüzə gələn selin təzyiqinə davam gətirmək üçün tutacaqlardan möhkəm yapışmalısınız. Prosedur zamanı özünüzü bir növ döyülmüş kimi hiss edəcəksiniz, çünki güclü selə tab gətirməniz üçün əzələləriniz işləməyə başlayacaq. Amma sonra bədəninizdə elə bir yüngüllük hiss edəcəksiniz ki, sanki dünyaya yenidən gəlmisiniz.

Ğassul

Ərəb sözü ”ğassul” faydalı mikroelementlər və minerallarla zəngin vulkanik gil növü deməkdir. Tfal kimi, ğassuldan da çiçək tərkibli essensiyaların köməyi ilə lasyon hazırlayır və bədənə çəkirlər. Ğassul dəri məsamələrinin təmizlənməsi, dərinin hamarlanması və tonusunun artırılması işində tfaldan daha səmərəlidir. Ğassul çəkiləndən sonra onun bədəninizə müalicəvi təsirini artırmaq üçün buxar otağında oturmalısınız.

Sonda Tunisdə talassoterapiyanı əvəzsiz edən digər prosedurları da xatırlatmağa dəyər. Söhbət stoun-masaj, krio-presterapiya, xına ilə applikasiya, üz və saçlara qulluq proqramlarından gedir. Gözəl nəticə əldə etmək üçün, yaxşı olar, gündə 1-5 prosedur olmaqla, 1 gündən 10 günədək davam edən kurslarla müalicə olunasınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir

ASCO-nun bərələri ilə avtotexnika daşımalarında artım qeydə alınıb

UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək

Vətən müharibəsində Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri yazılıb ŞƏRH

Prezidentin Mətbuat Xidmətinin məlumatı

“OpenAI” agentləri BMT-nin veb-saytlarından birinə hücum etməyə cəhd edib

Prokurorluğun bir qrup əməkdaşına ali rütbələr və medallar verilib - Sərəncam

ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək

Süni intellekt, ailə, həyatın sonu... Papanın Fransaya səfərində həm də bu məsələlər gündəmdədir

Göygöldə qanunsuz tikili sökülüb

Ukraynanın Kiyev vilayətinə intensiv zərbələr endirilib, ölənlər var

Yürgen Klopp Almaniya millisində antirekorda imza atıb

Ötən həftə 237 mina və 1436 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikası Prokurorluğunun bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hörmüz boğazında İranın raket hücumu nəticəsində ABŞ-nin 8 hərbi dənizçisi xəsarət alıb

Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Gənclər Akademiyası və milli yaddaş: Azərbaycan gəncliyinin elmi və vətəndaşlıq missiyası

İnvestisiya gündəliyində insan kapitalı: II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun mesajları

Fransada dövlət sektorunda çalışan minlərlə işçi tətilə hazırlaşır

ABŞ-dən olan basketbolçu Azərbaycan klubuna qayıdıb

Azərbaycan qılıncoynadanı Macarıstanda bürünc medal qazanıb

Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olunub

Qızıl 107 dollar ucuzlaşıb

Birjalarda neft bahalaşıb

Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək

Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub

Suraxanı və Qaradağın bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri VİDEO

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB VİDEO

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır VİDEO

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq