Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tural Gəncəliyev: Fransada baş verənlər Makron hakimiyyətinin uğursuz siyasətinin nəticəsidir

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu günlərdə Fransada sosial problemlərin və ümumilikdə ölkənin idarə olunması ilə bağlı ciddi çətinliklərin yaşandığının şahidi oluruq. Bu problemlər artıq elə bir həddə çatıb ki, insanlar narazılıqlarını açıq şəkildə ifadə edir, Fransa hakimiyyətinin, xüsusilə Prezident Emmanuel Makronun həyata keçirdiyi siyasətə qarşı etirazlarını bildirirlər. Fransada baş verən etirazlar ölkənin sosial-iqtisadi vəziyyətindəki problemləri, hakimiyyətlə cəmiyyət arasında yaranmış ciddi ziddiyyətləri bir daha üzə çıxarır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

Deputat qeyd edib ki, Fransada sosial narazılıqların kökləri əvvəlki illərə gedib çıxır. “Sarı jiletlilər” hərəkatı, pensiya islahatlarına qarşı keçirilən etirazlar bunun bariz nümunəsidir. Bu dəfə isə Fransada ciddi sosial məsələlər yenidən gündəmə gəlib. İnsanların yaşayış səviyyəsi, iqtisadi problemlər, təhsil sahəsindəki çətinliklər, eləcə də ölkənin Avropa İttifaqı daxilində və öz daxilində üzləşdiyi problemlər cəmiyyətlə Makron hakimiyyəti arasında ciddi ziddiyyətlər yaradıb. Son illərdə Makronun həm daxili, həm də xarici siyasətinin uğursuzluğu bu qarşıdurmanı daha da dərinləşdirib. Makron hazırda ictimai dəstək baxımından da ciddi çətinliklərlə üzləşir və onun reytinqi hakimiyyətə gəldiyi dövrdən bəri ən aşağı səviyyəyə enib. Bütün bunlar Fransanın həm beynəlxalq aləmdə, həm də ölkə daxilində həyata keçirdiyi siyasətin nəticələrini yenidən qiymətləndirməsini zəruri edir.

Fransanın Azərbaycana qarşı siyasəti və beynəlxalq təşkilatlarda ikili standartlar

T.Gəncəliyev vurğulayıb ki, Fransanın problemləri yalnız daxili siyasətlə məhdudlaşmır. Ölkənin dünyanın müxtəlif regionlarında, o cümlədən Yaxın Şərqdə, Şimali Afrikada və Cənubi Qafqazda yürütdüyü siyasət ciddi suallar doğurur. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünə qarşı Fransanın nümayiş etdirdiyi mövqe diqqət çəkir. Fransa istər torpaqlarımızın Ermənistan tərəfindən işğal altında saxlanıldığı dövrdə, istərsə də sülh prosesi mərhələsində Ermənistan daxilində revanşist meyillərin gücləndirilməsinə yönələn addımlar atıb. Fransanın Avropa institutlarındakı fəaliyyəti də destruktiv xarakter daşıyıb. Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər Avropa institutlarında Fransanın tutduğu mövqe, həmin qurumların imkanlarından istifadə edərək islamofob, türkofob və azərbaycanofob siyasət yürütməsi dəfələrlə müşahidə olunub. Fransanın bu institutların mənzil-qərargahlarının öz ərazisində yerləşməsindən istifadə edərək onları öz siyasi iradəsindən asılı vəziyyətə salmağa çalışmasının da şahidi olmuşuq. Avropa Şurasında və Avropa Parlamentində Azərbaycana qarşı yönələn kampaniyaların əsas təşəbbüskarlarından biri məhz Fransa olub. Makronun hakimiyyətə gəlməsindən sonra Fransa hökuməti həmin kampaniyaların aparıcı qüvvəsinə çevrilib. Bu gün Fransada yaşanan hadisələr müəyyən mənada ölkənin öz siyasətinə yenidən nəzər salması üçün ciddi bir dərs olmalıdır. Küçələrdə baş verən zorakılıqlar, etirazçılara, o cümlədən şagirdlərə qarşı güc tətbiqi, şəhərlərdə yaranan gərginlik və iğtişaşlar Fransa hakimiyyətinin həm daxili, həm də xarici siyasətdə yol verdiyi yanlışlıqları bir daha gündəmə gətirir. Başqa ölkələrə hüquq və ədalət dərsi keçən, beynəlxalq hüququn prinsiplərini müdafiə etdiyini iddia edən Fransa öz ərazisində baş verən hadisələrə eyni meyarlarla yanaşmalıdır. Digər dövlətlərə qarşı beynəlxalq hüquqdan və beynəlxalq təşkilatların imkanlarından siyasi təzyiq vasitəsi kimi istifadə edən ölkə bir gün oxşar problemlərlə özünün də üzləşə biləcəyini nəzərə almalı idi. Bu gün baş verənlər həmin reallığı bir daha ortaya qoyur.

Müstəmləkəçilik siyasəti və Fransanın dərinləşən sosial-iqtisadi problemləri

T.Gəncəliyev bildirib ki, Fransa, ilk növbədə, öz çatışmazlıqlarını görməli, həyata keçirdiyi siyasətin nəticələrini obyektiv qiymətləndirməli və yanlış yanaşmalarını dəyişməlidir. Bu baxımdan, ölkənin müstəmləkəçilik tarixinə və həmin siyasətin müasir dövrdəki təzahürlərinə diqqət yetirilməlidir. XVIII–XIX əsrlərdən etibarən Yaxın Şərqdə, Şimali Afrikada və digər bölgələrdə həyata keçirilən müstəmləkəçilik siyasəti sonrakı dövrlərdə yeni formalarda davam edib. “Françafrique” adlandırılan yanaşma çərçivəsində Fransanın Afrika ölkələri üzərində təsirini qorumaq cəhdləri, həmin ölkələrin resurslarından faydalanması və onların iqtisadi baxımdan özündən asılı vəziyyətdə saxlanılması ilə bağlı tənqidlər bu gün də gündəmdədir. Fransa uzun illər ərzində müstəmləkəçilik siyasəti vasitəsilə müxtəlif ölkələrin resurslarından bəhrələnməsinə baxmayaraq, hazırda özü də iqtisadi durğunluq və ciddi sosial problemlərlə üzləşir. Əhalinin yaşayış səviyyəsi ilə bağlı narazılıqların artması və insanların Makron hakimiyyətinə qarşı etirazlara qoşulması bu ziddiyyəti daha aydın göstərir. Əgər bu qədər uzun müddət başqa ölkələrin resurslarından istifadə olunubsa, lakin nəticədə əhalinin rifahı ilə bağlı problemlər aradan qalxmırsa, deməli, Fransanın siyasi və iqtisadi idarəetmə modelində ciddi çatışmazlıqlar mövcuddur. Bu vəziyyət Fransa elitasının və bütövlükdə Avropa İttifaqı çərçivəsində formalaşmış bəzi siyasi yanaşmaların kimlərin maraqlarına xidmət etdiyi barədə də düşünməyə əsas verir. Müstəmləkəçilik və neomüstəmləkəçilik siyasəti nəticəsində əldə edilən imkanlar bütün vətəndaşların rifahının yüksəldilməsinə xidmət etmirsə, bu, həmin siyasətin mahiyyətini və prioritetlərini şübhə altına alır. Görünən odur ki, belə yanaşmalar daha çox müəyyən siyasi və iqtisadi dairələrin maraqlarını təmin edir, Avropa cəmiyyətlərinin geniş təbəqələrinin sosial rifahına isə gözlənilən töhfəni vermir.

Müxbir- Səbinə Əlizadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib

“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir

“Liverpul” “Çelsi”ni məğlub edərək İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib

Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Kriştiano Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu

İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib

Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub

"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib

Bu saata olan əsas xəbərlər

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Koji Yamaquçi: Mədəniyyətlərarası Dialoq Forumu sülh naminə konstruktiv dialoq üçün mühüm platformadır

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariqə böyük hesabla qalib gəlib

Tuqay Rəhimli: İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında əməkdaşlıq güclənəcək

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram

İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

Azərbaycan idmançıları stronqmen üzrə dünya çempionatında rekordlarla yadda qalıblar

“Frontex” sosial şəbəkələrdə miqrasiya ilə bağlı paylaşımları izləyəcək

Tacikistanlı nümayəndə: Bakı Forumu gənclərin beynəlxalq dialoqda fəal iştirakına imkan yaradır

Süd vəzi xərçəngi: elmdən həyata - BDU-da maarifləndirici tədbir

Azərbaycan ilə Somali arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Maldivli nazir: Azərbaycan qlobal miqyasda mədəniyyətlərarası dialoqa mühüm töhfələr verir

Fransalı nazir bəzi xarici qüvvələri ölkədə keçirilən aksiyalarla bağlı dezinformasiya yaymaqda ittiham edib

Şri-Lanka təmsilçisi: Bakı Forumu dialoq üçün mühüm platformadır

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər

BDU Rumıniyanın Buxarest İqtisadi Elmlər Universiteti ilə əlaqələrini genişləndirir

Azərbaycan ilə Ruanda arasında mədəni əməkdaşlığın perspektivləri nəzərdən keçirilib

TÜRKPA-nın Baş katibi Türkiyədə bir sıra görüşlər keçirib

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Omanlı nümayəndə: Beynəlxalq öhdəlikləri praktiki mexanizmlərə və ölçüləbilən nəticələrə çevirmək əsas prioritetimizdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

Tunis rəsmisi: Bakı görüşü korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın inkişafı üçün mühüm fürsətdir VİDEO

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr Nərimanov rayonunda müzakirə olunub

Bolqarıstan sahillərində dron hücumuna məruz qalan gəminin 18 nəfərlik heyəti xilas edilib

IX DİM Dialoqunda Azərbaycanın milli iqlim öhdəliklərinin icrasının sürətləndirilməsi müzakirə olunub

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasını imzalayıb

İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb

Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub

Nepallı qonaq: Azərbaycan xalqının qonaqpərvərliyi və zəngin mədəniyyəti məndə dərin təəssürat yaratdı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” 2001-ci il 23 fevral tarixli 48 nömrəli və “Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatından istifadə Qaydası”nın təsdiq edilməsi haqqında” 2022-ci il 3 sentyabr tarixli 341 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Britaniyada yeni dövlət büdcəsi açıqlanıb: 20 milyon ailəyə 100 funt sterlinq yardım veriləcək

İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan Məkkə Əl-Mükərrəmə Konvensiyasına qoşulub VİDEO

Azərbaycan diri heyvan ixracını 34 dəfəyə yaxın artırıb – QRAFİK

Ədəbiyyat Muzeyində “Mədinə” nəşrlər evinin daimi ekspozisiyası açılıb

İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb

Deputat: Azərbaycançılıq ideologiyası bizi Zəfərə aparan milli birliyin təməlidir

Bərdədə heyvan sağlamlığı ilə bağlı məsələlər müzakirə edilib

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Süd vəzi xərçənginin erkən aşkarlanması sağlam gələcəyin təminatıdır VİDEO

Noyabrın 2-dən növbəti epizootoloji monitorinqlərə başlanılır

UEFA Gənclər Liqası: “Qarabağ” ilk oyunda Xorvatiya klubuna uduzub

Naxçıvanda sahibkarlara 163 təsdiqedici sənəd verilib

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64 nəfərə çatıb – YENİLƏNİB

“Turan Tovuz” “Fənərbağça” ilə oyundan əldə olunan vəsaiti Qarabağ Dirçəliş Fonduna ianə edib

Fransa Senatı iğtişaşlarda iştirak edənlərin 10 min avro kompensasiya ödəməsi barədə qanun qəbul edib

“Neftçi” rəsmisi: U-15 dünya çempionatı Azərbaycan futbolu üçün böyük fürsətdir

Dieqo Qodoy: Azərbaycanda səhnələşdirilən “Turandot” tamaşaçıların gözləntilərinə tam cavab verir - MÜSAHİBƏ

Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər

İspaniya Kubokunun 24 oyunu qatar qəzasına görə təxirə salınıb

Pantomima Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

İvitsa Boşnyak: Azərbaycan kimi tərəfdaş dövlətlərin təcrübəsi bizim üçün çox əhəmiyyətlidir VİDEO

AMEA və Buxarest İqtisadi Tədqiqatlar Universiteti arasında elmi tərəfdaşlıq genişlənir

Premyer Liqa klubları cərimələnib

Çexiya kronunun Konstitusiyada təsbit edilməsi avroya keçidi çətinləşdirə bilər

Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair “Yol Xəritəsi” imzalanıb

Amsterdamdan Bakıya baxış…

® “Bir” ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında ƏSASNAMƏ

“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Hesablama Palatası 4SİM ilə əməkdaşlıq haqqında protokol imzalayıb

Azərbaycanın ölkələrarası hesabatlılıq üzrə beynəlxalq standartlara tam uyğunluğu təsdiqlənib

Qətər vasitəçilik missiyası çərçivəsində İrana yeni razılaşma layihəsi təqdim edib

İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir VİDEO

İran səfiri: İƏT çərçivəsində keçirilən görüş İslam ölkələrinin korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq etmək istəyini göstərir VİDEO