“Turan Tovuz” komandası səfərdə “Zirə”ni məğlub edib
Bakı, 1 may, AZƏRTAC
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, "Zirə" doğma meydanda "Turan Tovuz"u qəbul edib. Görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Bölgə təmsilçisindən Şəhriyar Əliyev, Natan Oduva və Roderik Miller fərqləniblər. "Zirə"nin qolunu Loris Bronyo vurub.
Bu qələbə ilə xallarını 32-yə çatdıran "Turan Tovuz" turnir cədvəlində altıncı pillədəki mövqeyini möhkəmlədib. "Zirə" isə 42 xalla beşinci yerdə qərarlaşıb.
Turun əvvəlki oyunlarında "Sumqayıt" Qəbələdə "Kəpəz"ə, "Sabah" evdə "Şamaxı"ya 1:0, "Qəbələ" isə doğma meydanda "Səbail"ə 4:2 hesabı ilə qalib gəlib. Tura mayın 2-də keçiriləcək “Neftçi” - “Qarabağ” oyunu ilə yekun vurulacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]