Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türk Akademiyasının prezidenti: Türk dillərindən biri millətlərarası ünsiyyət vasitəsinə çevrilə bilər

Türk Akademiyasının prezidenti: Türk dillərindən biri millətlərarası ünsiyyət vasitəsinə çevrilə bilər

Astana, 4 mart, AZƏRTAC

Türk Akademiyasının prezidenti Şahin Mustafayev AZƏRTAC-a eksklüziv müsahibəsində təşkilatın əsas nailiyyətləri, prioritet tədqiqat istiqamətləri və türk dövlətləri arasında elmi-mədəni əməkdaşlığın gücləndirilməsinə yönəlmiş strateji təşəbbüslərindən danışıb.

- Türk Akademiyasının əsas məqsədləri nədən ibarətdir və yarandığı andan bəri əldə edilmiş ən mühüm nailiyyətlər hansılardır?

- Təşkilatımızın yarandığı andan strateji hədəfi türk ölkələrinin və bölgələrinin elmi birliklərinin birləşdirilməsi, birgə elmi araşdırmaların aparılması, onların arasında elm və təhsil sahəsində əməkdaşlıq üzrə ortaq gündəmin işlənib-hazırlanması olub. Biz bunu qardaş ölkələrimiz arasında inteqrasiya prosesinin ayrılmaz, strateji əhəmiyyətli hissəsi hesab edir və o cümlədən, “Türk dünyası” birləşdirici konsepsiyasının özünün həm türk, həm də digər ölkələrin ictimai diskursuna möhkəm şəkildə daxil olmasını təmin etməyə çalışırıq.

Qeyd etmək lazımdır ki, Türk Akademiyası 2014-cü ildə beynəlxalq təşkilat statusu aldıqdan sonra bu məqsədlərə nail olmaq istiqamətində xeyli iş görüb. Türk Akademiyasının əldə etdiyi nailiyyətlərdən ətraflı danışmaq olar, lakin mən onlardan ən əhəmiyyətlilərini xronoloji ardıcıllıqla əks qaydada sadalayacağam.

Bizim fəal iştirakımız və koordinasiyamızla 2024-cü ildə Türk Dünyasının vahid əlifbası işlənib-hazırlanaraq təsdiq edilib. O, Türk Dünyasının Vahid Əlifbası Komissiyasının 2024-cü il sentyabrın 9-11-də Bakıda keçirilən III iclasında rəsmi olaraq təsdiq edilib. Bu qərar TDT-yə üzv dövlətlərin başçılarının tapşırığına əsasən 2022-ci ildə Türk Akademiyası nəzdində yaradılmış xüsusi komissiyanın işinin nəticəsi olub.

Türk ölkələrindən olan hökumətlərarası ekspertlər qrupu türk dillərinin bütün əsas fonemlərini ifadə edən 34 işarədən ibarət əlifba yaradaraq vahid mövqeyə gəlib. Onların hər biri öz xüsusiyyətlərini nəzərə alaraq bu işarələrdən seçici şəkildə istifadə edə bilir.

2023-cü ildə biz yeni ekspert platformaları yaratdıq. Bunlardan birincisi Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyidir (ARICA). 2024-cü ildə ARICA-ya üzv təşkilatlar birgə ekspedisiyaları müzakirə edib və türk ölkələri üçün ortaq radiokarbonun müəyyənləşdirilməsi laboratoriyası yaratmağı planlaşdırıblar.

Yaratdığımız daha bir platforma türk ölkələrinin iqtisadi inteqrasiyası üzrə elmi təhlil məsələləri ilə məşğul olan Türk Dövlətlərinin Rəsmi İqtisadi Siyasət Araşdırma Mərkəzləri Şəbəkəsidir (ERCNET). Onun 2024-cü ilin əvvəlində keçirilən iclasında 2024-cü il hesabatının mövzusu kimi “Nəqliyyat və enerji qarşılıqlı əlaqələrinin gücləndirilməsi” mövzusu seçilib. Sözügedən hesabat Türk Akademiyası tərəfindən təqdim edilib.

Bundan əvvəl, 2022-ci ildə Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının arxeoloqlarının birgə işi nəticəsində elmi kəşf edilib; “Nomqon-2” Göytürk memorial kompleksində İlteriş Qutluq Kağanın şərəfinə yazı olan lövhə aşkar edilib. Abidə bu günədək “türk” adının çəkildiyi ilk türk irs nümunəsidir . 2023-cü ilin çöl tədqiqatları mövsümündə yazıların olduğu ikinci hissə aşkar edilib və biz onu 2024-cü ildə təqdim etdik. Bu ilin əvvəlində yazının qalan hissəsi qismən deşifrə edilib.

2022-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin təhsil nazirləri tərəfindən “Ümumi türk tarixi (qədim dövrlərdən XV əsrə qədər)”, “Türk dünyasının coğrafiyası” və “Ümumi türk ədəbiyyatı” fənləri üzrə məktəb dərsliklərinin proqram və mətnləri rəsmən təsdiqlənib.

Dörd ölkənin nazirlikləri tərəfindən razılaşdırılmış qərar müstəsna mühüm hadisə hesab oluna bilər ki, onun hazırlanması üçün böyük səylər tələb olunub, o cümlədən yuxarıda qeyd olunan dərsliklərin məzmunu üzərində uzun illər ərzində işlər görülüb. Qardaş ölkələrdən olan alimlər təkcə bilik deyil, həm də siyasi iradə tələb edən çox böyük addımlar atıblar.

2015-ci ildə Türk Akademiyasının nəzdində Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi (UNASTW) yaradılıb. Bu, Tatarıstan Elmlər Akademiyasının təşəbbüsü olub, Türk Akademiyası və qardaş ölkələrin elmlər akademiyaları tərəfindən dəstəklənib. Akademiyamız UNASTW Katibliyi rolunda çıxış edir.

2023-cü ildə biz UNASTW-nin işinə yeni nəfəs verdik. Biz onun 6-cı Baş Assambleyasında Türk Akademiyasının səlahiyyətlərinin genişləndirilməsi təşəbbüsünü irəli sürdük və bu təşəbbüs sonradan TDT-nin dövlət başçılarının sammitinin qərarı ilə təsdiqlənib. İndi bizim maraqlarımız dairəsinə təkcə sosial və humanitar elmlər deyil, həm də təbiət və texniki elmlər, iqtisadiyyat və sosiologiya sahəsində əməkdaşlıq da daxildir.

2024-cü ildə Akademiya UNASTW-nin 7-ci Baş Assambleyasına ev sahibliyi edib, əsas diqqət elm və təhsil sahəsində layihə təşəbbüslərinə yönəlib. İştirakçılar fənlərarası əməkdaşlığı və gələcək layihələrə sistemli yanaşmanı təşviq edən strateji sənədləri qəbul ediblər.

- Türk dünyası ilə bağlı araşdırmaların hansı sahələri bu gün prioritet hesab olunur?

- Araşdırmaların əhatə dairəsinə türk ölkələri və xalqları ilə bu və ya digər şəkildə bağlı olan hər şey daxildir. Türk Akademiyası üçün ənənəvi olaraq türk xalqlarının dili, tarixi və arxeologiyası sahələrində tədqiqatlar prioritet olub.

Lakin, artıq dediyim kimi, hazırda bizim məsuliyyətimiz sahəsinə elmin bütün istiqamətləri üzrə, o cümlədən təbii və texniki elmlərdə əməkdaşlıq daxildir. TDT xətti üzrə uğurla gedən inteqrasiya prosesi obyektiv olaraq bu sahələrdə səylərin əlaqələndirilməsini tələb edir və Türk Akademiyası zamanın çağırışına cavab verir.

- Türkologiya sahəsində təhsil alan gənc tədqiqatçılara və tələbələrə dəstək üçün hansı proqram və layihələr həyata keçirilir və vahid təhsil platformasının yaradılması planlaşdırılırmı?

- Vahid təhsil platforması haqqında danışmaq hələ tezdir, lakin gənc alimlərin dəstəklənməsi fəaliyyətimizin vacib istiqamətlərindən biridir.

Məsələn, Türk Akademiyası artıq iki ildir ki, türk ölkələrindən və regionlarından olan gənc mütəxəssislər üçün Yay məktəbləri keçirir. Beləliklə, ötən il avqustun 19-dan 25-dək müqəddəs Türkistan şəhərində türkologiya və enerji sektorunda yeni texnologiyalar üzrə iki Yay Məktəbi təşkil etdik.

Yay məktəbləri Xoca Ahmet Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti, Türk Tarix Qurumu və Türkiyə Elmlər Akademiyası ilə birgə təşkil olunub.

Bundan əvvəl, 2023-cü il iyunun 18-26-da Bişkekdə Qırğızıstan-Türkiyə “Manas” Universiteti ilə birgə türkologiya üzrə Yay məktəbi keçirdik.

Əlavə olaraq, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Türkologiya kafedrasının tələbələri və magistrantları Türk Akademiyasında dəfələrlə təcrübə keçiblər. Gələcəkdə gənc mütəxəssislərin işinə digər dəstək formaları da nəzərdən keçirilə bilər.

- Növbəti illər üçün hansı təşəbbüslər və layihələr planlaşdırılıb?

- Akademiya hazırda bir sıra mühüm layihələri inkişaf etdirir. Elə bu günlərdə, fevralın 24-də biz Türk Tarix Qurumu ilə birlikdə Ankarada akademik “Türk Dünyası Tarixi”nin hazırlanması məsələsi ilə bağlı işgüzar görüş keçirdik.

Bu missiya Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Bişkekdə keçirilən TDT-nin 11-ci sammitində təşkilata üzv dövlətlərin başçılarının qərarı ilə Türk Akademiyasına həvalə edilib.

Ölkələrimizin tarix və arxeologiya elmi-tədqiqat institutlarının rəhbərlərinin işçi görüşündə qarşıda duran işlərin ümumi konturları çəkilib və “saatlar dəqiqləşdirilib”.

Fəal iş mərhələsində olan bir sıra digər 37 mühüm layihələr də var. Onlardan bəziləri haqqında daha ətraflı danışmaq istərdim. Ən mühüm layihələrdən biri də “Türk Dünyasında Maarifçilik Hərəkatı (XIX-XX əsrin əvvəlləri)” adlı üçcildlik əsərdir. Bu nəşr bizim tərəfimizdən faktiki olaraq milli özünüdərkin əsaslarını qoymuş, eyni zamanda, türk birliyi ideyasını inkişaf etdirmiş türk xalqlarının maarifçilərinin həyat və fəaliyyətinə həsr olunmuş elmi-populyar bioqrafik esselər toplusu kimi düşünülmüşdür. Bu tarixi şəxsiyyətlərin rolu çox böyük əhəmiyyət kəsb edir və biz əminik ki, müasir və gələcək nəsillər öz qəhrəmanlarını tanımalıdır.

Daha bir mühüm layihə isə “Türk dünyasının müqəddəs coğrafiyası”dır. Bu illüstrasiyalı nəşrdə türk dünyasının “yaddaş yerləri”nin – mədəniyyət, memarlıq və arxeoloji abidələrin təsviri yer alacaq.

Keçən il biz “Türk dillərinin terminoloji lüğətləri” layihəsinə başlamışıq. O, müxtəlif sahələrdə terminologiyanın standartlaşdırılmasına, ümumi terminlərin müəyyənləşdirilməsinə, türk dillərinin yaxınlaşmasına və ümumiyyətlə, müasir türk dövlətlərinin elmi dillərinin inkişafına kömək etmək məqsədi daşıyır.

Bu günə kimi dil, iqtisadi və hərbi terminlərin lüğətləri artıq nəşr olunub. Layihə üzərində işlər davam edir. Biz bundan sonra tibb, ətraf mühit, kənd təsərrüfatı, mədəniyyət, logistika və digər sahələr üzrə terminoloji lüğətləri nəşr etməyi planlaşdırırıq.

Yaxın gələcəkdə nəşr etməyi planlaşdırdığımız “Türk dünyasının görkəmli şəxsiyyətləri” nəşrində əməlləri və irsi ortaq qürurumuzun qanuni mənbəyi olan türk xalqlarının ən görkəmli tarixi şəxsiyyətlərindən bəhs edən uşaq və yeniyetmələr üçün hekayələr yer alıb.

Biz hesab edirik ki, məhz belə canlı obrazlar son nəticədə cəmiyyətin tarixi yaddaşını formalaşdırır və gənc nəsildə milli qürur hissinin, yaxud indi deyildiyi kimi, müsbət özünüqiymətləndirmənin inkişafını təmin edir.

Hər il keçirilən “Türk Barometri” sosioloji layihəsi türk ölkələri vətəndaşlarının Türk dünyası və ölkələrimizin mövcud inteqrasiya prosesi ilə bağlı əhvali-ruhiyyəsini və fikirlərini ölçmək məqsədi daşıyır. 2024-cü ildə də türk dünyasının su ehtiyatları və ərzaq təhlükəsizliyi ilə bağlı hesabatlar hazırladıq.

Akademiyamızın digər mühüm layihələrini ayrıca qeyd etmək istərdim. “Dünyada türk toponimiyası” adlı fundamental əsər türk xalqlarının tarixdə iz qoyduğu coğrafi məkanın genişliyini göstərmək məqsədi daşıyır. “Avrasiyanın türk runik abidələri” adlı illüstrasiyalı kataloq, eləcə də “Bədiz - qədim türk daş heykəlləri kataloqu” qədim türk orijinal yazı və təsviri mədəniyyətinə həsr olunub. “Türk xalqlarının mifoloji lüğəti”, “Türk xalqlarının ailə adət-ənənələri” kimi layihələr müasir türk xalqlarının etnoqrafiyasına həsr olunub və mütəxəssislərimiz onların üzərində işləyirlər.

Türk Akademiyasının bir sıra başqa layihələri də var ki, onların sadalanması bir çox səhifə tuta bilər. Bütün layihələrimiz beynəlxalq xarakter daşıyır, burada müxtəlif türk ölkələrindən olan mütəxəssislər müqavilə əsasında iştirak edir.

- Vahid ümumtürk əlifbasının tətbiqi ilə bağlı qarşıda duran əsas problemlər hansılardır və onların aradan qaldırılması üçün hansı konkret addımlar atılır?

- Gəlin, ardıcıl olaq. İlk öncə, əlifbaların uyğunlaşdırılması qardaş ölkələr arasında, eləcə də Türk Akademiyasının işində mühüm əməkdaşlıq sahəsidir. Bu barədə artıq danışmışam.

2021-ci ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının VIII Zirvə toplantısında qəbul edilən “Türk dünyasının perspektivləri - 2040” proqram sənədində də əlifba və terminologiya sahəsində ortaq mövqelərin əldə edilməsi nəzərdə tutulub. Onun hazırlanması işində Türk Akademiyasının mütəxəssisləri də iştirak edib. Nəhayət, Türk Akademiyasının yaradılması haqqında Sazişdə ortaq əlifbanın hazırlanmasından bəhs edilir.

Amma məsələni daraltsaq, məhz vahid əlifbanın tətbiqi ilə bağlı çağırışlarla bağlı bircə onu deyə bilərəm ki, bu proses hər bir ölkədə fərqli şəkildə cərəyan edir və obyektiv səbəblərdən onun sürəti dəyişir. Vahid əlifbanı qəbul etməkdə məqsəd ortaq standart, ümumi istinad nöqtəsi yaratmaqdır. Amma heç bir şəkildə bu prosesi süni surətdə sürətləndirmək və ya kimisə “tələsdirmək” olmaz.

Ötən il Türk Dünyasının Vahid Əlifbası üzrə Komissiyasının yekun iclasından sonra təsdiq edilmiş əsas əlifba türk dövlətlərinin müvafiq qurumlarına təqdim edilib. Sonrakı proses TDT-ə üzv dövlətlərin dil siyasətinə və əlifbasına cavabdeh olan dövlət qurumlarının səlahiyyətlərinə aiddir.

Nəticə etibarilə əlifba islahatı hər bir suveren dövlət üçün müstəsna olan daxili məsələdir. Bu, bizim üçün prinsipial mövzudur. Amma ümid etmək istəyirik ki, bütün müstəqil türk ölkələri bu prosesi 2026-cı ildə - 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyi ərəfəsində başa çatdıra biləcəklər.

- Akademiya millətlərarası ünsiyyət üçün vahid türk dilinin yaradılması perspektivlərini necə qiymətləndirir və bu istiqamətdə hansı əməli tədbirlər həyata keçirilir?

- Vahid bir dilin yaradılması haqqında danışmaq çətindir və bəlkə də lüzumsuzdur. Dillərimizin qohum olmasına baxmayaraq, yenə də bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Esperanto kimi süni dillərin yaradılmasının uğursuz təcrübəsi haqqında hər kəs bilir.

Digər tərəfdən, qardaş ölkələrimiz, onların akademik icmaları və təhsil sistemləri bir-birinin dillərinin öyrənilməsini, eləcə də artıq dediyimiz terminoloji sistemlərin yaxınlaşmasını təşviq etməlidir.

Bəli, son 100 il ərzində dillərimiz terminologiya baxımından çox fərqli olub. Amma heç olmasa vəziyyəti gərginləşdirməmək, yeni süni fərqlər yaratmamaq olar və bu, tamamilə öz əlimizdədir.

Çox güman ki, türk dillərindən biri xalqlarımız arasında millətlərarası ünsiyyət dilinə çevrilə bilər. Şübhəsiz ki, bu dil digər türk dillərini əvəz etməməli və ya tamamilə aradan götürməməlidir. Əksinə, bütün türk dillərinin hərtərəfli inkişafı və çiçəklənməsi bizim üçün vacibdir.

Yeri gəlmişkən, beynəlxalq tədbirlərimizdə mütəxəssislər – qardaş türk ölkələrinin nümayəndələri həmişə öz dillərində çıxış edirlər. Bəzən sinxron tərcüməyə əl atırıq, bəzən isə onsuz da bir-birimizi başa düşürük və ildən-ilə vəziyyət daha da yaxşılaşır.

Düşünürəm ki, işlər belə davam edərsə, biz təkcə dil sahəsində deyil, bütün istiqamətlərdə istədiyimiz nəticələrə mütləq nail olacağıq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik