Türk Dövlətləri Təşkilatı Laçının tam olaraq Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı bəyanat yayıb
Ankara, 27 avqust, AZƏRTAC
Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin imzası ilə yayılan bəyanatda deyilir: “TDT Katibliyi 2020-ci il noyabrın 10-da imzalanmış Bəyanatın icra prosesinin davamı kimi Azərbaycan Ordusunun Laçın şəhərinə yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsini məmnuniyyətlə qarşılayıb.
Təşkilat qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha bəyan edir, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində münaqişədən sonra apardığı bərpa-yenidənqurma səylərinə töhfə verməyə hazır olduğunu bildirir. TDT Cənubi Qafqazda sülh və sabitliyə, eləcə də məcburi köçkünlərin azad edilmiş torpaqlarına qayıtmasına xidmət edəcək diplomatik səylərin vacibliyinə diqqət çəkərək Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
ABŞ-nin neft ehtiyatları azalır
- [11:19]
Bu gün Ümumdünya Görmə Günüdür
- [07:36]
Tramp 7 oktyabr hücumlarının ildönümündə Netanyahu ilə telefonla danışıb
- 07.10.2026 [23:09]
Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər
- 07.10.2026 [22:11]