MƏDƏNİYYƏT
Türk Dünyasının Yumor Festivalı keçirilib
Bakı, 4 dekabr, AZƏRTAC
“Yaradıcı həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nizami Kino Mərkəzində Türk Dünyasının Yumor Festivalı keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, festivalın əsas məqsədi qarşılıqlı mədəni inteqrasiya, təcrübə mübadiləsi, yaradıcı və peşəkar qarşılıqlı fəaliyyət, inkişaf yolunda möhkəmlənmə, şou-biznes sahəsində birgə beynəlxalq yaradıcılıq layihələrinin hazırlanmasıdır.
TÜRKSOY-un baş katibinin müşaviri Kayrat Mukanov çıxış edərək bildirib ki, Türk Dünyasının Yumor Festivalı ilk dəfədir keçirilir. Festivalın məhz Azərbaycanda keçirilməsi sevindirici haldır.
Festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tatarıstandan yumor sahəsini təmsil edən yaradıcı sənayenin tanınmış simaları iştirak ediblər. Türk dünyasının yumor ustaları “stand-up” janrında çıxış ediblər.
Yumor ustaları Erkin Ergin, Cavid Qurbanov, Rüstəm Əhmədov (Azərbaycan), Oğulcan Bektaş, Doruk Kaparlar (Türkiyə), Ayrat Mavlyutov, Bulat Xanmurzin (Tatarıstan), Medet Kalibekov, Aubakir Emilbay (Qazaxıstan), Taras Kosimbarov, İndira Miftaxova (Özbəkistan), Azimxan Raxatov, Anzor Borzayev (Qırğızıstan) öz istedadlarını nümayiş etdiriblər.
Münsiflər heyətinin qərarına əsasən, Tatarıstanı təmsil edən Kazan stand-up klubunun üzvü Bulat Xanmurzin qalib adını qazanıb.
Qalibə festivalın kuboku təqdim edilib.
Sonda münsiflər heyətinin üzvləri çıxış edərək festivalın təşkilatçılarına təşəkkürlərini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.06.2024 [17:51]
Xanım Əziz: Hamı kimi olmaq məcburiyyətində deyilsən, özəlliyini tapmalısan!
- 28.06.2024 [16:42]
Azərbaycan Ümumdünya Parfümeriya Konqresində təmsil olunub VİDEO
- 28.06.2024 [12:12]
"İpək Yolları Gənclərin Gözü ilə" adlı fotomüsabiqəyə qeydiyyat davam edir
- 28.06.2024 [12:09]
“Xeyir xəbər” tamaşasının premyerası keçirilib
- 28.06.2024 [11:55]