TÜRK FİLMLƏRİ FESTİVALI
Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşavirliyinin təşkilatçılığı və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin maliyyə dəstəyi ilə baş tutacaq festivalda türk kinosunun son illərdə əldə etdiyi nailiyyətlər əksini tapacaqdır.
“Araz” kinoteatrında keçiriləcək tədbirdə Türkiyənin müxtəlif səviyyəli dünya kinofestivallarında “Qran-pri” mükafatı almış 10 bədii filmi tamaşaçılara təqdim olunacaqdır.
Festivalda “Gülə-gülə”, “Selvi boylum, al yazmalım”, ”Könül yarası”, “Mələklər evi” və digər ekran əsərləri nümayiş etdiriləcəkdir.