Türk Hava Yollarının təyyarəsi Milli Suverenlik və Uşaq Bayramı münasibətilə layihə həyata keçirib
Ankara, 23 aprel, AZƏRTAC
Türk Hava Yolları şirkəti 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə xüsusi layihə həyata keçirib.
AZƏRTAC xəbər verir ki, Türk Hava Yollarına məxsus sərnişin təyyarəsi aprelin 23-də Ankaranın Esenboğa Hava Limanından “TK 1920” saylı xüsusi uçuş həyata keçirib. “Boeing 777-3F2” tipli təyyarə Ankara, Kayseri və Çorum daxil olmaqla Anadolu səmasında uçuş trayektoriyası ilə Türkiyə dövlət bayrağının üstündəki ay və beşguşəli ulduzun rəsmini çəkib. Şirkətin bayram münasibətilə hazırladığı çəkiliş bu gün yerli vaxtla saat 19:20-də nümayiş olunacaq.
Qeyd edək ki, 1920-ci il aprelin 23-ü Türkiyə Böyük Millət Məclisinin yarandığı və türk xalqının suverenliyini elan etdiyi tarixdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]