Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısına daxil edilib
Moskva, 24 fevral, AZƏRTAC
Türk iş adamının rəhbərlik etdiyi şirkət Rusiyanın ən bahalı şirkətləri siyahısına daxil edilib.
AZƏRTAC xəbər verir ki, türk iş adamı Güvenc Dönmezin rəhbərlik etdiyi “Delivery club” şirkəti “Forbes-Rusiya” jurnalının tərtib etdiyi “Runetin 30 ən bahalı şirkəti” siyahısında 9-cu sırada yer alıb. Siyahıda ilk yeri “Yandeks”, ikinci və üçüncü yerləri müvafiq olaraq “Wildberries” və “Ozon” şirkətləri tutublar.
“Delivery club” 2009-cu ildə yaradılıb və Rusiyanın hazır yemək çatdırılması üzrə ən iri şirkətidir. 2019-cu ildən şirkətə türk iş adamı Güvenc Dönmez rəhbərlik edir. “Delivery club” Rusiyanın 265 şəhərində 40 mindən artıq iaşə müəssisəsindən ayda 5 milyondan çox sifarişi ünvanına çatdırır. Pandemiya dövründə şirkət ünvanlara ərzaq çatdırılması ilə məşğul olmağa başlayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
- 22.09.2026 [12:03]
Fransada gənclər etiraz aksiyalarına hazırlaşırlar
- 22.09.2026 [11:48]
Məsud Pezeşkian: İran beynəlxalq platformalarda mövqelərini müdafiə edəcək
- 22.09.2026 [11:28]