TÜRK SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ “BİLİK GÜNÜ”NDƏ ŞƏMKİRDƏ OLMUŞLAR
Sonra Türkiyənin Azərbaycandakı səfirinin birinci müavini Ərkan Özoral çıxış edərək “Bilik günü”nün Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni işğalçılarından azad edilməsinin 88-ci ildönümü ilə bir günə düşdüyünü qeyd etmiş və bildirmişdir ki, bütün dövrlərdə Türkiyə Azərbaycanın yanında olmuş və ona dəstək vermişdir. Qardaşlıq münasibəti Sovetlər birliyi dağıldıqdan sonra daha da möhkəmlənmiş, ümummilli lider Heydər Əliyevin dediyi “bir millət, iki dövlət” ifadəsi bir növ atalar sözünə çevrilmişdir.
Milli Məclisin deputatı Məlahət Həsənova və rayon icra hakimiyyəti başçısının müavini Vaxrəddin Vəliyev isə ölkəmizdə məskunlaşmış mesxeti türklərinə göstərilən diqqət və qayğıdan danışmış, onların respublikamızın ictimai-siyasi həyatında göstərdikləri fəallığı tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Tədbirdə Sarıtəpə kəndində məskunlaşmış mesxeti türklərindən, Qarabağ döyüşlərinin iştirakçıları Ənvər Ladıyev, İlham Cəlilov, bu yaxınlarda türk gənci ilə ailə qurmuş azərbaycanlı Ləman Mədətova, məktəbin şagirdi Reyhan Fərəməzova və başqaları çıxış edərək türk səfirliyinin nümayəndələrinə minnətdarlıq etmiş, belə görüşlərin tez-tez keçirilməsinin vacibliyindən danışmışlar. Səfirlik nümayəndələrinin gətirdikləri məktəb ləvazimatları şagirdlərə paylandıqdan sonra məktəbin sinif otaqlarına və tədrisin gedişinə baxış keçirilmişdir.