Türkiyə 2030-cu ilədək “Togg” elektromobillərinin istehsalını 1 milyona çatdırmağı planlaşdırır

Ankara, 2 mart, AZƏRTAC
Bursadakı avtomobil zavodunun konveyerindən çıxan, Türkiyə istehsalı olan “Togg” elektromobillərinin sayını 2030-cu il üçün 1 milyon vahid göstəriciyə çatdırmaq planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Dohada jurnalistlərə “Togg” şirkətinin baş direktoru Gürcan Karakaş bildirib.
“2030-cu ilin sonunadək “Togg”un beş müxtəlif modelinin buraxılışını təşkil etməyi, elektromobillərin ümumi sayını isə 1 milyona çatdırmağı planlaşdırırıq. Tezliklə “sedan” və “kross-kupe” istehsalını təşkil edəcəyik, sonra isə bu sıraya “B-SUV” və “C-MPV” əlavə olunacaq. Bununla da beş türk elektromobilindən ibarət tam sıra əldə edəcəyik”, - deyə Karakaş qeyd edib.
Bununla yanaşı, o, “Togg”un birinci seriyalı modelinə - krossover “T10X”ə yüksək tələbatın olduğunu vurğulayıb. Xatırladıb ki, şirkət artıq qabaqcadan 177 min sifariş alıb.
Baş direktor deyib ki, 2025-ci ildən başlayaraq, satışa “Togg” Fastback “T10F” avtomobili çıxarılacaq.
İlk “Togg” elektromobilləri ictimaiyyətə 2019-cu ildə təqdim olunub. Daha populyar olan SUV seqmentinin krossover prototipinin seriyalı sınaqları 2021-ci ilin noyabrında aparılıb, o, 4,8 saniyə ərzində saatda 100 kilometrədək sürət yığıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [18:36]
Böyük Britaniya partlayıcı maddə istehsalını artırır
- 21.04.2025 [18:33]
Nazir: Türkiyə 11 peyk istehsalçısı ölkədən biridir
- 21.04.2025 [18:29]
Britaniya parlamentində Trampın çıxışına etiraz səsləri güclənir
- 21.04.2025 [18:01]
Britaniya dronlarla dərman çatdırılması üçün yeni qaydalar hazırlayır
- 21.04.2025 [17:46]
Avropalıların ABŞ-a olan etimadı azalır
- 21.04.2025 [17:19]
Qızılın üç aylıq qiymət proqnozu 3200 dollardan 3500 dollara qaldırılıb
- 21.04.2025 [16:55]