Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev” ordeni ilə təltif edilib
Bakı, 3 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan “Heydər Əliyev” ordeni ilə təltif edilib.