Türkiyə ictimaiyyəti “Formula-1”ə hazırlıq işləri barədə məlumatlandırılır
İstanbul, 13 iyun, AZƏRTAC
Türkiyənin Anadolu Agentliyi “Formula-1” Avropa Qran-prisi yarışına hazırlıq işləri barədə geniş videomaterial yayıb.
Materialda “Formula-1” yarışının keçiriləcəyi yerlər, hazırlıq işlərinin yüksək səviyyədə aparılması, idmançılar və azarkeşlər üçün xidmətlər və s. məsələlər əks etdirilir. Diqqətə çatdırılır ki, son illər beynəlxalq yarışların təşkilində böyük təcrübə əldə edən Azərbaycan “Formula-1” Avropa Qran-prisi yarışını beynəlxalq standartlara uyğun keçirmək üçün geniş imkanlara malikdir. Videomaterial Bakı şəhərinin inkişafı barədə də tamaşaçılarda əyani təsəvvür yaradır.
Videomaterial Türkiyənin digər kütləvi informasiya vasitələri tərəfindən də yayılır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul