Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edilib
İstanbul, 11 mart, Günel Karatepe, AZƏRTAC
Martın 11-də Türkiyə və Yunanıstanın xarici işlər nazirlərinin müavinləri Burak Akçapar ilə Alexandra Papadopoulounun iştirakı ilə iki ölkə arasında növbəti siyasi dialoq toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıdan sonra tərəflər mediaya birgə açıqlama veriblər.
Bildirilib ki, danışıqlar zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.
Hər iki tərəf ötən ilin dekabrında Türkiyə və Yunanıstan liderləri tərəfindən imzalanan Afina Bəyannaməsinə uyğun olaraq ikitərəfli və beynəlxalq əməkdaşlıq sahələrində mövcud müsbət ab-havanı inkişaf etdirmək üçün ümumi öhdəliklərini bir daha vurğulayıb.
Görüşdə, eyni zamanda Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisin Türkiyəyə planlaşdırılan səfərinə hazırlıq prosesi müzakirə edilib, mövcud dialoq kanallarında indiyədək əldə edilən inkişaf qiymətləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:58]
Təhlükəli maddələrlə bağlı insident səbəbindən Pentaqon təxliyə olunur
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]