Türkiyə kəşfiyyat xidmətinin rəhbəri İraqa səfər edəcək
Ankara, 7 iyul, AZƏRTAC
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iyulun 8-də İraqın paytaxtı Bağdada yola düşəcək.
AZƏRTAC xəbər verir ki, səfər İraqın şimalında minlərlə silahlısı fəaliyyət göstərən PKK terror təşkilatının zərərsizləşdirilməsi prosesi fonunda baş tutacaq.
Türkiyə mətbuatının yazdığına görə, İbrahim Kalın Bağdadda Türkiyə və İraqın bölgədə terror təhlükəsinin aradan qaldırılması istiqamətində atacağı addımların koordinasiyasını müzakirə edəcək.
Türkiyənin MİT rəhbəri ilə İraqın yüksəkvəzifəli şəxsləri, o cümlədən qonşu ölkənin Prezidenti və Baş naziri arasında görüşlərin keçirilməsi planlaşdırılır.
İbrahim Kalın Ankaraya qayıdandan sonra Türkiyə Böyük Millət Məclisində danışıqlar aparacaq. Yaxın vaxtlarda parlamentdə “Terrorsuz Türkiyə” parlament komissiyasının yaradılması nəzərdə tutulur.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]