Türkiyə kəşfiyyatının Suriyada xüsusi əməliyyatı zamanı İŞİD lideri öldürülüb
Bakı, 1 may, AZƏRTAC
Suriyada Türkiyə kəşfiyyatının xüsusi əməliyyatı zamanı İŞİD qruplaşmasının lideri Əbu Hüseyn əl-Qureyşi öldürülüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT Turk telekanalının efirində deyib. Onun sözlərinə görə, Türkiyə terrorçular arasında fərq qoymadan belə təşkilatlara qarşı mübarizəni davam etdirəcək.
İŞİD qruplaşmasının öncəki lideri Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2022-ci il noyabrın 30-da Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu tərəfindən öldürülmüşdü. Bəzi məlumatlara görə, Əbu Həsən əl-Haşimi əl-Qureyşi 2019-cu ildə qruplaşmanın Suriyada öldürülən liderlərindən biri olan Əbu Bəkr əl-Bağdadinin qardaşıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]
Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub
- 05.10.2026 [17:51]