Türkiyə KİV-ləri: Bakıda Formula-1 həyəcanı
İstanbul, 24 iyun, АZƏRTAC
Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Bakının ev sahibliyi etdiyi Formula-1 Azərbaycan Qran-Prisinə geniş yer ayırıb. Məqalələrdə yarışın yüksək peşəkarlıqla təşkil olunması, startların reqlamentə uyğun aparılması, idmançılar və azarkeşlər üçün yaradılan şəraitdən ətraflı bəhs olunub.
Formula-1 Azərbaycan Qran-Prisinin ilk günündə - iyunun 23-də Türkiyənin məşhur müğənnisi Tarkanın Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxması qardaş ölkə mətbuatında xüsusilə geniş işıqlandırılıb.
Anadolu Agentliyi və “TRT-Haber” kimi nüfuzlu media qurumlarında dərc olunan “Formula-1 Azərbaycana çatdı”, “Bakıda Formula-1 həyəcanı” və s. sərlövhəli məqalələrdə yarışlara qatılan dünya şöhrətli pilotlar barədə məlumat verilib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul