Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb

Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb

Bakı, 30 may, AZƏRTAC

Türkiyə mediası Laçında üç qardaş ölkə – Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşünə dair analitik materiallar dərc edib.

AZƏRTAC xəbər verir ki, rəsmi Anadolu agentliyinin “Türkiyə-Azərbaycan-Pakistan: Coğrafi hüdudları aşan təhlükəsizlik ittifaqı” sərlövhəli şərhində həmin Zirvə görüşünün təkcə regional təhlükəsizlik baxımından deyil, həm də yeni bir geosiyasi yüksəliş paradiqmasının qurulması nöqteyi-nəzərindən əhəmiyyəti qeyd olunur.

Agentliyin şərhçisi, Türkiyənin Yeditepe Universitetinin professoru Furkan Kaya bildirib ki, tarixən bu üç ölkəni mədəni və dini bağlar birləşdirir, amma son dövrdə qardaş ölkələr arasında çoxtərəfli əməkdaşlıq sahələrinin – enerji, müdafiə sənayesi və digər platformalarda qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi zərurəti meydana çıxıb. Professor qeyd edir: “Müasir dövrdə regional ittifaqlar qısamüddətli koalisiyalar vasitəsilə formalaşır və “Şərq mərkəzli” geosiyasi əsasların zəiflədiyi bir şəraitdə Laçında bir araya gələn üç mühüm regional aktor arasında yaxınlaşma sülh zəminində iqtisadi inkişaf modelləri üçün böyük imkanlar yaradır. Anadolu yarımadası, Azərbaycan, Cənubi Asiya və Pakistanın təşkil edəcəyi geosiyasi blok həm yeni təhlükəsizlik doktrinasının qurulması, həm də rifah və tərəqqi baxımından mühüm olacaq”.

Məqalədə vurğulanır ki, Qarabağ Zəfərində Türkiyə-Azərbaycan-Pakistan güc bloku təkcə hərbi sahədə səylərin birləşdirilməsi deyil, eyni zamanda, birgə fəaliyyət göstərmək zərurətindən irəli gəlir. Bu kontekstdə 2021-ci ildə Bakıda keçirilən birgə təlim ayrı-ayrı coğrafiyalarda yerləşməsinə rəğmən qardaş ölkələrin ortaq təhlükəsizlik və milli dəyərləri əsasında qarşılıqlı fəaliyyət göstərmək potensialını göstərir.

Anadolu agentliyi 2021-ci il iyunun 15-də liderlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsinin qardaş ölkələrin əlaqələrini strateji müttəfiqlik səciyyəsinə yüksəltdiyini, 2023-cü ildə Naxçıvanda keçirilən “Mustafa Kamal Atatürk” təliminin ortaq hərbi potensialı nümayiş etdirdiyini diqqətə çatdırır. Bu kontekstdə Zəngəzur dəhlizinin də əhəmiyyəti vurğulanır.

Qeyd olunur ki, Türkiyə, Azərbaycan və Pakistan Avrasiya enerji qovşağının mərkəzində yerləşir və “Şərq-Qərb”, “Şimal-Cənub” marşrutlarında yaradılan vektor strateji əhəmiyyət daşıyır. TANAP və Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rola malikdir: “Türkiyə-Azərbaycan-Pakistan üçlüyü təkcə regional təhlükəsizliyin təmin edilməsi deyil, həm də yeni bir inkişaf paradiqması baxımından həyati önəm daşıyır. Bu tərəqqi yeni dünya nizamının formalaşması fonunda geosiyasi reallıq kimi meydana çıxır”.

“Star” qəzetində dərc olunan “Üç dövlət, bir millət” sərlövhəli məqalədə vurğulanır ki, Türkiyə Prezidenti Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdəki çıxışında Türkiyə-Azərbaycan-Pakistan strateji ittifaqının əhəmiyyətini qeyd edib və bu çərçivədə Qarabağ müharibəsi zamanı formalaşan “Üç dövlət, bir millət” kəlamını xatırladıb. Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Laçında keçirilən üçtərəfli Zirvə görüşü “ortaqlıq, enerji təhlükəsizliyi, kommunikasiya və ticarət kimi strateji mövzuları genişləndirməyi hədəfləyir. O, həmçinin Türkiyə və Pakistanın Azərbaycana dəstəyini, Prezident İlham Əliyevin isə Kəşmir məsələsində İslamabadın yanında olduğunu qeyd edib. “Yaranan güc balansları, Qərb mərkəzli suverenlik anlayışının sarsıldığı və Şərqin gücləndiyi bir dövrdə üçlü ittifaqın möhkəmlənməsi daha müstəqil və qüvvətli bir mövqe qazanmaq üçün böyük potensialın olduğunu göstərir”, - deyə Türkiyə Lideri vurğulayıb.

“Haber 7” portalında dərc olunan məqalədə qeyd edilir ki, Rəcəb Tayyib Ərdoğan jurnalistlərə Laçın səfəri barədə məlumat verib. Türkiyə Prezidenti deyib: “Otuzillik işğalın ardından azadlığına qovuşan Qarabağı görməkdən bir daha məmnun olduq. Səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Laçın Beynəlxalq Hava Limanının açılışını etdik. Xatırlayırsınızsa, 2021-2022-ci illərdə Füzuli və Zəngilan hava limanlarının açılışlarında da qardaşım İlham Əliyevlə birlikdə iştirak etmişdik. İşğaldan azad edilən Qarabağ bölgəsinin hər guşəsində bərpa və quruculuq işlərinin tam sürətlə davam etdiyini görürük. Bu tərəqqi prosesində ölkəmizin bir çox şirkətinin iştirakı ayrıca qürur mənbəyidir. Belə ki, Laçın aeroportunun inşasında 10-a yaxın şirkətimiz iştirak edib”.

Məqalədə qeyd olunur ki, Türkiyə Prezidenti Azərbaycanı dövlət başçısı ilə Avropa Siyasi Birliyi və TDT-nin qeyri-rəsmi Zirvə görüşündə görüşdüyünü, mühüm məsələləri müzakirə etdiyini, eyni zamanda, Laçında bu müzakirələrdə Pakistanın Baş nazirinin də iştirak etdiyini bildirib. Portal Rəcəb Tayyib Ərdoğanın jurnalistin sualına cavabını təqdim edib: “Laçın Beynəlxalq Hava Limanı regionun inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir. Bu beynəlxalq hava limanı ilə turizm və ticarət imkanları artacaq, beynəlxalq investorların bölgəyə giriş problemi olmayacaq. Bu bölgədən müharibə və işğalın izləri tezliklə silinəcək. Qarabağda normallaşma prosesinin rəmzlərindən biri olan bu addım, həmçinin regionun sabitliyinə xidmət baxımından böyük əhəmiyyət kəsb edir. Hava limanı regionun nəqliyyat infrastrukturunu da başqa səviyyəyə qaldıracaq. İnanıram ki, regionu dünyaya birləşdirəcək bu hava limanı Laçını və onun ətrafını firavan gələcəyə hazırlayacaq. Hava limanı təkcə yerləşdiyi bölgənin deyil, bütün Azərbaycanın potensialını artıracaq. Bu infrastruktur sərmayələri həm də sülhə yol açacaq. Türkiyə və Azərbaycan bir çox istiqamətlərdə, xüsusilə strateji olaraq gördüyümüz müdafiə, enerji, kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlığı inkişaf etdirir. Qida sənayesində tam müstəqillik milli təhlükəsizlik məsələsidir. İstər epidemiya, istər su müharibələri, istərsə də regional böhranlar bütün dünyaya təchizat təhlükəsizliyinin vacibliyini bir daha göstərdi. Biz də Türkiyənin istehsal bazasına çevrilməsi üçün var gücümüzlə çalışırıq. İndi biz Azərbaycanla ərzaq təminatının təhlükəsizliyi məsələsində daha sıx əməkdaşlıq etmək istəyirik. İnanıram ki, bu əməkdaşlıq Türk Dövlətləri Təşkilatına üzv olan digər qardaş ölkələrimiz üçün də bir siqnal olacaq. Artıq tədarük etdiyimiz məhsullarda qardaş ölkələrə üstünlük verəcəyik. Biz birlikdə daha çox istehsal edərək gələcəyə doğru daha möhkəm addımlarla irəliləyəcəyik”.

Cənubi Qafqazda davamlı sülh və Azərbaycan-Ermənistan normallaşması ilə bağlı sualı cavablandıran Rəcəb Tayyib Ərdoğan deyib: “Biz artıq Cənubi Qafqazda münaqişə deyil, sülh və əmin-amanlıq görmək istəyirik. Regionda daimi sülh hamının xeyrinə olacaq. Azərbaycan ilə Ermənistan arasında sülhün üfüqdə olması bizi sevindirir. Biz bu prosesi yaxından izləyirik. Biz də lazımi töhfəni veririk. Əldə olunacaq sülh Azərbaycan, Ermənistan və ölkəmiz üçün dəyərli olacaq. Biz Ermənistanla da ehtiyatlı normallaşma prosesindən keçirik. Həm sülh, həm də normallaşma əldə olunanda, ölkələrimizin bundan faydalandığını görəcəyik. Yəni, bu məsələ ilə bağlı zərrə qədər narahatçılıq yoxdur. O ki qaldı, Zəngəzur məsələsinə... Zəngəzur dəhlizi Azərbaycan üçün təkcə Naxçıvanla quru yolu əlaqəsi deyil, həm də Türkiyə üzərindən Türk dünyasına uzanan yeni inteqrasiya xəttidir. Qısa müddətdə bu keçidin açılması Qafqazın nəqliyyat və enerji infrastrukturunu da gücləndirəcək. Biz qonşumuz İrandan bölgəmizdə sülhə, əmin-amanlığa və inkişafa xidmət edəcək bu addımları dəstəkləməsini gözləyirik. Biz istərdik ki, düzünü desək, bu “qazan-qazan” mühitindən faydalansınlar. Atılan hər addım, açılan hər qapı və dəhliz iqtisadi qazanc verəcək və zaman keçdikcə, ölkələri bir-birinə daha da yaxınlaşdıracaq”.

“Hürriyet” qəzetinin “Türkiyə-Azərbaycan-Pakistanın tərəqqisi yolunda Laçın görüşü” sərlövhəli məqalədə liderlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin Laçın Beynəlxalq Hava Limanının açılışında iştirakı, həmçinin Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşü barədə geniş məlumat verilib. Materialda Türkiyə liderinin bu tədbirdə çıxışından sitata gətirilib. “Biz üç qardaş ölkəyik. Bölgəmizdə baş verən hadisələr ölkələrimiz arasında həmrəyliyin əhəmiyyətini hər keçən gün ortaya qoyur. Arzu edirik ki, 30 il işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bölgə sabitliyin, firavanlığın və inkişafın mərkəzinə çevrilsin. Çətinliklər qarşısında həmrəyliyimizi və birgə fəaliyyət qabiliyyətimizi inkişaf etdirməyi seçim yox, zərurət kimi görürük”.

Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin çıxışına da geniş yer ayırıb. Materialda dövlətimizin bacısının aşağıdakı fikirləri yer alıb: “ Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.

Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalət tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyənin və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik”.

“Yeni Şafak” qəzeti “Türkiyə, Azərbaycan, Pakistan Zirvə görüşü: Aramızdakı bağı daha da gücləndiririk” sərlövhəli məqaləsində qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlıq sayəsində təkcə regionun deyil, geniş coğrafiyanın enerji xəritəsinin dəyişdiyini, bərpaolunan enerjinin istehsalı və ixracı sahələrində böyük layihələrə start verildiyini bildirib. O vurğulayıb: “Türkiyə-Azərbaycan-Pakistan üçtərəfli Zirvə görüşündə çıxış edən Azərbaycanın dövlət başçısı qeyd edib: “Bir-birimizin nailiyyətləri ilə fəxr edirik və çətin anlarda bir-birimizi dəstəkləyirik. Azərbaycan, Pakistan və Türkiyə hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfdarıdır”. Pakistan-Hindistan münaqişəsinə toxunan Əliyev deyib: “Biz bu gərgin dövrdə ilk gündən Pakistanla həmrəy olduğumuzu açıq şəkildə bəyan etmişik”.

“soL” nəşrinin dərc etdiyi “Türkiyə-Azərbaycan-Pakistan Zirvə görüşü: Ortaq fəaliyyət qabiliyyətimizin inkişafını zəruri edir” sərlövhəli məqalədə diqqətə çatdırılır ki, Azərbaycan Prezidenti İlham Əliyev Laçında keçirilən bu mötəbər tədbirin üç ölkə arasındakı strateji tərəfdaşlığı bir daha təsdiq etdiyini bildirib. O əlavə edib: “Bu gün üçtərəfli əməkdaşlığımızın yeni səhifəsi açılır. Əldə olunan razılaşmaların bizi daha da yaxınlaşdıracağına əminəm”.

“Yeni Asır” qəzeti isə “Ay Laçın, can Laçın, mən sənə qurban Laçın” sərlövhəli məqalə dərc edib. Materialda Türkiyə Prezidentinin Pakistan Baş naziri ilə birlikdə Azərbaycanın Müstəqillik Gününü təbrik etdiyi, Laçın Beynəlxalq Hava Limanının açılışına qatıldığı diqqətə çatdırılıb.

Qəzet Azərbaycan Prezidenti İlham Əliyevin sözlərini də sitat gətirib: “ Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik”.

Məqalədə Azərbaycanın qədim yurdu Laçına həsr olunmuş xalq mahnısının sözləri də yer alıb, bu bölgənin strateji əhəmiyyəti, təbii sərvətləri, füsunkar təbiəti barədə oxuculara geniş məlumat verilib.

“Star” qəzetinin “Qafqazdan Mərkəzi Asiyaya əməkdaşlıq körpüsü” sərlövhəli digər məqaləsində qeyd olunur ki, Türkiyənin vasitəçilik qabiliyyəti, Azərbaycanın regional liderliyi və Pakistanın Cənubi Asiyadakı çəkisi bu üçlüyü beynəlxalq arenada güclü aktora çevirir. Laçın hava limanı və Zəngəzur dəhlizi kimi layihələr Qafqazı qlobal ticarət mərkəzinə çevirmək potensialına malikdir. Türkiyənin logistika və müdafiə sahəsində liderliyi Azərbaycanın enerji və infrastruktur sərmayələri ilə birlikdə regionun iqtisadi inkişafı üçün unikal imkanlar təqdim edir. Pakistanın bu alyansda iştirakı Cənubi Asiya ilə Qafqaz arasında əlaqələri gücləndirəcək, regional əməkdaşlığın yeni modelini yaradacaq. Laçın Beynəlxalq Hava Limanının açılışı Azərbaycanın müstəqillik uğrunda mübarizədə Qələbəsini təcəssüm etdirən hadisə olmaqla yanaşı, həm də Qafqazda yeni regional nizamın əsasını qoyur. Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli Zirvə görüşü bu ölkələrin ümumi məqsədlərə uyğun hərəkət etmək əzmini nümayiş etdirdi. Orta Dəhliz və “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi layihələr iqtisadi inteqrasiyanı gücləndirir, siyasi və mədəni həmrəylik isə regional sabitliyi dəstəkləyir. Laçın hava limanı təkcə nəqliyyat qovşağı deyil, həm də Azərbaycanın dirçəlişinin, Türkiyə-Azərbaycan qardaşlığının və üçtərəfli müttəfiqliyin rəmzidir. Bu tarixi hadisə Qafqazdan Cənubi Asiyaya sülh, firavanlıq və əməkdaşlıq körpüsünün qurulması istiqamətində güclü addımdır. Qarşıdakı illərdə bu alyansın qlobal miqyasda təsiri regional və beynəlxalq aktorlar tərəfindən diqqətlə izləniləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir