Türkiyə-Polşa-Rumıniya üçtərəfli əməkdaşlıq formatı qurulacaq
Ankara, 25 may, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə, Polşa və Rumıniya prezidentləri arasında üçtərəfli dialoqunun başlanması təklifini yüksək səviyyədə qarşılayıb. Yaxın zamanda bu formatda üçtərəfli əməkdaşlığa dair müzakirələr başlanacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Anjey Duda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Prezidenti Anjey Duda diqqətə çatdırıb ki, təhlükəsizlik məsələlərində Polşa və Rumıniya sadəcə olaraq NATO-nun üzvü deyil, eyni zamanda, “B 9” birliyinin (Buxarest doqquzluğu) tərəfləridir. Türkiyə bu məsələdə regionda bizim ən sağlam müttəfiqimiz olaraq çox həssas bir bölgədə yerləşir.
Qeyd edək ki, Buxarest doqquzluğuna Bolqarıstan, Çexiya, Macarıstan, Latviya, Litva, Estoniya, Polşa, Rumıniya və Slovakiya daxildir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]