Türkiyə Prezidenti ilə Avropa Komissiyasının sədri arasında videoformatda görüş keçirilib
İstanbul, 9 yanvar, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının sədri Ursula fon der Leyen arasında videoformatda görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, məlumatı Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
Bildirilib ki, görüşdə Türkiyə-Avropa İttifaqı (Aİ) ölkələri arasındakı əlaqələrin inkişafına dair perspektivlər və regional məsələlər müzakirə edilib.
Görüş əsnasında Prezident Ərdoğan Aİ-nin Türkiyənin gündəmdəki prioritet məsələ olduğunu və Türkiyənin gələcəyini Avropada gördüklərini ifadə edib.
Yeni ildə Aİ ilə münasibətlərdə yeni bir səhifə açmaq istədiklərini bildirən Prezident Ərdoğan, 2020-ci ili bəzi Aİ üzvlərinin kaprizləri və irəli sürdükləri süni problemlər səbəbindən yetərincə qiymətləndirilmədiyini və bu vəziyyətin yalnız münasibətlərin gələcəyi baxımından deyil, geniş ortaq coğrafiya baxımından da davamlı olmadığını deyib.
Görüş zamanı immiqrasiya, sərbəst viza və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bildirilib ki, Türkiyə ilə Avropa İttifaqı ölkələri arasında mütəmadi zirvə və yüksək səviyyəli dialoq görüşlərinin yenidən başladılmasında fayda var.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]