RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB RƏCƏB TAYYİB ƏRDOĞANA
Hörmətli cənab Baş nazir,
Əziz dostum, qardaşım.
Əsasını qoyduğunuz və başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının Türkiyə Böyük Millət Məclisinə seçkilərdə inamlı qələbəsi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Son dərəcə demokratik və şəffaf şəraitdə keçirilmiş bu seçkilərdə partiyanızın qazandığı səslər qardaş Türkiyənin yüksəlişi yolunda həyata keçirdiyiniz uzaqgörən siyasətə, çoxşaxəli fəaliyyətinizə xalqınız tərəfindən verilən yüksək qiymətin, böyük dəstəyin ifadəsidir.
Bu zəfər günlərində sevincinizi bölüşür, qardaş Türkiyə xalqının rifahı naminə fədakar işinizdə Sizə, Ədalət və İnkişaf Partiyasının bütün üzvlərinə uğurlar diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
23 iyul 2007-ci il.