Türkiyə Silahlı Qüvvələri tərəfindən son bir ayda 80 terrorçu zərərsizləşdirilib
İstanbul, 5 aprel, AZƏRTAC
Son bir ayda Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə sərhədləri daxilində və xaricində aparılan əməliyyatlar zamanı 80 terrorçu zərərsizləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd edilir ki, əməliyyatlar zamanı terrorçulara məxsus 52 sığınacaq, anbar və mağara ələ keçirilib.
Bildirilir ki, 2016-cı ildə ölkədə dövlət çevrilişinə cəhddən indiyədək Türkiyə Silahlı Qüvvələrinin 19 min 203 əməkdaşı işdən azad edilib, 5035 əməkdaş haqqında cəza tədbirləri görülüb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]
Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]