Türkiyə Superliqası: “Başakşəhər” və “Beşiktaş” növbəti qələbəsini qazanıb
Bakı, 2 noyabr, AZƏRTAC
Noyabrın 1-də futbol üzrə Türkiyə çempionatının yeddinci turunun üçüncü gününün qarşılaşmasında "Beşiktaş" öz meydanında "Yeni Malatyapor"u qəbul edib.
AZƏRTAC xəbər verir ki, "Vodafon Park" stadionunda baş tutan görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib. Oyunda yeganə qolu 55-ci dəqiqədə Kayl Larin vurub.
Günün digər matçlarında "Başakşəhər" səfərdə "Konyaspor"u 2:1 hesabı ilə üstələyib. "Rizəspor" - "Kayserispor" görüşündə isə meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıb.
Superliqanın yeddinci turuna "Antalyaspor" - "Fənərbağça", "Hatayspor" - "Sivasspor" matçları ilə yekun vurulacaq.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. Beşinci turda "Dənizlispor" istirahət edir.
Hazırda çempionatın turnir cədvəlinə 16 xalla "Alanyaspor" başçılıq edir. Ondan iki xal geri qalan "Fənərbağça" ikinci, 13 xala malik "Qalatasaray" isə üçüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]