Türkiyə Superliqası: “Fənərbağça” doğma meydanda xal itirib
Bakı, 12 fevral, AZƏRTAC
Fevralın 11-də Futbol üzrə Türkiyə Superliqasında XXV turun növbəti oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluq mübarizəsi aparan "Fənərbağça" doğma meydanda "Alanyaspor"la 2:2 hesablı heç-heçə edib.
Günün digər oyunlarında "Sivasspor" "Rizəspor"u 1:0, "Qaziantep" "İstanbulspor"u 3:1, "Konyaspor" isə "Ankaragücü"nü 1:0 hesabı ilə məğlub edib.
Bu nəticələrdən sonra "Qalatasaray" 66 xalla turnir cədvəlinə başçılıq edir. "Fənərbağça" 64 xalla 2-ci, 39 xallı "Beşiktaş" 3-cü sıradadır. Rəqibindən bir xal az toplayan "Kasımpaşa" isə dördüncü pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]