Türkiyə Superliqası: “Sivasspor” üç xalı bir qolla qazanıb
Bakı, 16 iyun, AZƏRTAC
İyunun 15-də futbol üzrə Türkiyə çempionatının XXVII turunun sonuncu qarşılaşmasında “Sivasspor” “Dənizlispor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşün taleyini bir qol həll edib. Meydan sahiblərinin hücumçusu Mustafa Yatabare komandasına qələbə qazandıran qolun müəllifi olub. Beləliklə, “Sivasspor” “Dənizlispor”u 1:0 hesabı ilə məğlub edib.
Türkiyə çempionatında hazırda “Trabzonspor” 56 xalla turnir cədvəlinin liderdir. Onunla eyni xala malik olan “Başakşəhər” ikincidir. “Sivasspor” 52 xalla üçüncü, “Qalatasaray” klubu isə 50 xalla dördüncü pillə qərarlaşıb. Sonrakı yerlərdə “Beşiktaş” (44 xal), “Alanyaspor” (43 xal), “Fənərbağça” (43 xal) və digər komandalar gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]