Türkiyə universitetlərinin tələbə və məzunları 31 mart soyqırımı qurbanlarının xatirəsini anmışlar
Bakı, 30 mart (AZƏRTAC). Martın 30-da Atatürk Mərkəzində Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin (TUMİB) təşəbbüsü ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim keçirilmişdir.
Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
AZƏRTAC xəbər verir ki, Türkiyə universitetləri tələbə və məzunlarının iştirak etdikləri tədbirdə TUMİB-in rəhbəri Çingiz Bayramov 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində törədilmiş kütləvi qətllər, talanlar və digər vandalizm aktları barədə danışmış, bu cinayətlərin məqsədlərini açıqlamışdır. O bildirmişdir ki, bu qanlı faciədə 12 mindən artıq azərbaycanlı vəhşicəsinə qətlə yetirilmişdir.
Ç.Bayramov Heydər Əliyevin 1998-ci ildə imzaladığı tarixi Fərman əsasında hər il martın 31-nin ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini diqqətə çatdırmışdır.
Milli Məclisin deputatı Qənirə Paşayeva xalqımıza qarşı yüz illər boyu davam edən soyqırımı siyasətinin tarixi kökləri barədə danışmışdır.
Tədbirdə 31 mart soyqırımına həsr olunmuş videoçarx nümayiş olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]