Türkiyə və Gürcüstan arasında cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
Tbilisi, 22 iyun, AZƏRTAC
Gürcüstanda səfərdə olan Türkiyənin Milli Müdafiə Şurasının Baş katibi Seyfullah Hacımüftüoğlu bu ölkənin daxili işlər naziri Vaxtanq Qomelauri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə tərəflər iki dövlət arasında tərəfdaşlıq əlaqələrinin əhəmiyyətini müzakirə ediblər.
Vaxtanq Qomelauri Gürcüstan və Türkiyənin hüquq-mühafizə orqanları arasında sıx əməkdaşlığa xüsusi diqqət yetirib, Daxili İşlər Nazirliyinin imkanlarının inkişafında Türkiyə Daxili İşlər Nazirliyinin mühüm rolunu vurğulayıb.
Söhbət zamanı iki dövlət arasında sərhəd mühafizəsi sahəsində mövcud əməkdaşlıq, cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən tədbirlər və bu istiqamətdə əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:31]
Dünya Bankı qlobal iqtisadi artım proqnozunu aşağı salıb
- 11.06.2026 [19:24]
Astanada keçirilən C5+1 dialoqunda TBNM-in inkişafı müzakirə olunub
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]