Türkiyə və Ukrayna prezidentləri İstanbulda görüşüblər VİDEO
İstanbul, 8 mart, Günel Karatepe, AZƏRTAC
Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş Türkiyə Prezidenti Administrasiyasının İstanbuldakı Dolmabahçe ofisində baş tutub.
Media üçün bağlı keçirilən görüşdə Ukrayna ilə Rusiya arasında davam edən qarşıdurmanın gedişatı, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyət və bölgədə daimi sülh barədə ətraflı müzakirələrin aparılması gözlənilir.
Xatırladaq ki, Ukrayna Prezidenti son dəfə ötən il iyulun 7-də Türkiyəyə səfər edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]