Türkiyə XİN: Ankara Ukraynada uzunmüddətli və ədalətli nizamlanmanın tərəfdarıdır
Ankara, 24 fevral, AZƏRTAC
Türkiyə gələcəkdə də Ukraynada vəziyyətin uzunmüddətli və ədalətli nizamlanması prosesinə töhfə verməyə səy göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin Ukraynada müharibənin başlanmasının ikinci ildönümü ilə bağlı şənbə günü verdiyi bəyanatda deyilir.
Türkiyənin xarici siyasət idarəsində qeyd ediblər ki, Ukraynada müharibənin dağıdıcı fəsadları davam edir və bu, təkcə regiona deyil, bütün dünyaya mənfi təsir göstərir.
Ankara Ukrayna üzrə diplomatik prosesin bərpa olunacağına ümidvar olduğunu bildirib. Bəyanatda deyilir: “Ankara bu vəziyyətlə bağlı mövqeyini tərəflərə çatdırmaqda davam edir. Ukraynanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü nəzər alaraq, bu ölkənin birliyini dəstəkləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]