Türkiyədə beş bal gücündə zəlzələ olub
Ankara, 5 iyun, AZƏRTAC
Türkiyənin Malatya vilayətinin Pötürge rayonunda Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin nəzdindəki Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar iyunun 5-də yerli vaxtla saat 21:06-da qeydə alınıb. Zəlzələ ətrafdakı üç vilayətdə hiss olunub. Əhali arasında böyük təşviş yaranıb.
Hələlik yeraltı təkanın təsiri barədə məlumat yoxdur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]
Almaniyada iki dövlət məmurunu qətlə yetirən şəxs saxlanılıb
- 09.10.2026 [11:06]