Türkiyədə koronavirusdan daha 76 nəfər vəfat edib
Ankara, 7 aprel, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) pandemiyası Türkiyədə daha 76 nəfərin həyatına son qoyub. Bununla da dünyasını dəyişənlərin sayı 725-ə çatıb.
AZƏRTAC xəbər verir ki, nazir Fahrettin Koca virusla mübarizədə son vəziyyət barədə Türkiyə Səhiyyə Nazirliyinin Elmi Komitəsinin növbəti iclasından sonra keçirdiyi mətbuat konfransında məlumat verib. Nazir diqqətə çatdırıb ki, aprelin 7-də ölkə üzrə 20 min 23 nəfər xüsusi tibbi yoxlamadan keçirilib. Onlardan 3892 nəfərdə infeksiya aşkarlanıb. İndiyədək testdən keçirilənlərin sayı 222 min 868 nəfərə çatıb. Onlardan 34 min 109 nəfəri müalicəyə cəlb olunub. Hazırda 1474 xəstə reanimasiyadadır. İndiyə qədər 1582 şəxsin müalicəsi uğurlu olub. Bu gün 256 nəfər tam sağalaraq xəstəxanalardan xaric olunub.
Məlum problemə dair proseslə bağı çoxistiqamətli araşdırmalar aparmaq məqsədilə Sosial Elmlər Komitəsinin qurulduğunu deyən nazir bir daha ölkə əhalisinə müraciətində bildirib ki, ünsiyyətdən qaçmaq, gediş-gəliş məhdudiyyətlərinə əməl etmək, məcburiyyət olmadıqda evdə qalmaq virusun yayılmasına qarşı ən düzgün mübarizədir. Məlum qadağalara əməl edən vətəndaşlar virusla mübarizəyə yaxından kömək göstərirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]
Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib
- 13.06.2026 [16:29]
Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır
- 13.06.2026 [15:17]