TÜRKİYƏDƏ QUŞ QRİPİNƏ YOLUXMA HALLARI QEYDƏ ALINMAMIŞDIR
Baş nazir jurnalistlərə demişdir ki, bəzi KİV-lər quş qripi virusunun ölkədə yayılması ilə bağlı xəbərləri şişirdirlər. Onun sözlərinə görə, Türkiyə hökuməti quş qripi epidemiyasının yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görmüş və epidemiya qeydə alınan rayonlarda 8500 ev quşunun məhv edilməsi barədə sərəncam vermişdir. O, vətəndaşları təmkinli olmağa və bu qəfil hadisə ilə mübarizədə səyləri birləşdirməyə çağırmışdır.
Yerli KİV-lərin məlumatına görə, əhali quş qripinə yoluxmaqdan ehtiyat etdiyi üçün ölkədə quş ətinin satışı 50 faiz azalmışdır.
Türkiyədə ilk dəfə quş qripi virusu oktyabrın 1-də qeydə alınmışdir. Bir neçə gün ərzində 1800 hind quşu məhv edilmişdir. Mütəxəssislərin fikrincə, virusu köçəri quşlar gətirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]