Türkiyədə siqaretçəkməyə qadağanın çərçivəsi sərtləşdiriləcək
Ankara, 29 iyun, AZƏRTAC
Türkiyənin səhiyyə naziri Kamal Məmişoğlu ölkədə tütün məhsulları istehlakının qadağan edilməsinə dair qanunvericilik tədbirlərinin sərtləşdirildiyini elan edib.
AZƏRTAC xəbər verir ki, nazir jurnalistlərlə söhbətdə siqaret çəkənlər üçün icazə verilən yerlərin çərçivəsini dəqiq müəyyən etmək məqsədini daşıyan yeni qanun layihəsinin hazırlanması barədə bildirib.
“Yeni normativ akt hazırda müzakirə mərhələsindədir. Qanun layihəsi ümumilikdə hazırdır, lakin Prezidentin, parlament üzvlərinin və müvafiq orqanların mövqeyinə əsasən dəyişikliklər mümkündür. Əsas məqsədimiz həddi-buluğa çatmış şəxslərin siqaret çəkənlərlə qarşılaşma ehtimalını minimuma endirməkdir”, - deyə K.Məmişoğlu qeyd edib.
O, həmçinin vurğulayıb ki, nəticə etibarilə cəmiyyətə bütövlükdə təsir göstərmək və ölkədə tütün istehlakının artmasının qarşısını almaq lazımdır.
Nazir xatırladıb ki, təkcə 2025-ci ildə Türkiyədə 8 milyard qutu siqaret satılıb. “İstəmirəm ki, Türkiyə cəmiyyəti xərçəng hallarının artması ilə üzləşsin”, - deyə səhiyyə naziri vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]