TÜRKİYƏLİ İŞ ADAMLARI TBİLİSİYƏ GƏLƏCƏKLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 27-30-da Tbilisidə Türkiyə biznes-konfransı keçirilməsi planlaşdırılmışdır. Türkiyənin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, tədbirdə iştirak etmək üçün xarici ticarət nazirinin başçılığı ilə Türkiyədən 100 nəfərədək iş adamı gələcəkdir. Məlumatda deyilir ki, “onlar Gürcüstanı yaxşı tanıyır, buraya sərmayə qoymağa hazırdırlar və Gürcüstan iqtisadiyyatının bütün sahələrinə maraq göstərirlər”.