Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli professor: Bu gün insanlar arasında “koronavirus qorxusu” sindromu yaşanır

Türkiyəli professor: Bu gün insanlar arasında “koronavirus qorxusu” sindromu yaşanır

İstanbul, 6 aprel, AZƏRTAC

Çində bir heyvan bazarından qaynaqlanan COVID-19 əvvəllər də müxtəlif xəstəliklər və ölümlərə səbəb olan böyük koronavirus ailəsinin bir üzvüdür. Belə ki, bu viruslar ailəsi həm də MERS və SARS kimi ciddi xəstəliklərin meydana çıxmasına da səbəb olub. İlk dəfə 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində baş qaldıran yeni növ koronavirus sürətlə bütün dünyaya yayılıb və 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.

“Bu gün insanlar arasında “korona qorxusu” sindromu yaşanır. Cəmiyyət üçün də ən təhlükəlisi budur. Bu qorxuya qalib gəlmək vacibdir. Heç bir müharibədən qorxu ilə qalib çıxmaq mümkün deyil”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor İlhami Çelik səsləndirib.

İnsanlar üçün indiki vəziyyətdə ən effektiv qorunma üsulunun özünütəcrid olduğunu deyən professor vurğulayıb ki, bu virusun vəba və ya vərəm kimi qəbul olunmaması, insanların bir-birinə şübhə ilə yanaşmaması vacibdir. COVID-19-a yoluxanların 95 faizi müalicə olunur. Digər beş faizi isə yaşlı və xroniki xəstəliklərdən əziyyət çəkənlər təşkil edir. Hazırda dünyada tətbiq olunan özünütəcrid şəraiti də bu beş faizin qorunması istiqamətində atılan addımdır. Lakin buna baxmayaraq, insanlar “yoluxmuş damğası” almaq qorxusu içində yaşayırlar.

Bəzi insanların müayinə olmaqdan, koronavirus testindən keçməkdən çəkindiklərini deyən İ.Çelik bunun səhv yanaşma olduğunu, əsas səbəbin isə məhz “yoluxmuş damğası” almaq qorxusu olduğunu vurğulayıb: “Lakin hər kəs anlamalıdır ki, müayinədən qaçmaq və ya evdə primitiv üsullarla edilən müalicə problemin qarşısını almaq əvəzinə, xəstəliyin daha geniş yayılmasına səbəb olur”.

Türkiyənin tanınmış professoru Osman Müftüoğlu bu virusa yoluxan hər kəsin xəstəliyi müxtəlif şəkildə keçirdiyini, bəzi insanlarda isə onun simptomsuz davam etdiyini deyib. Qeyd edib ki, burada ümumi sağlamlıq göstəriciləri əsas rol oynayır. Yoluxmamaq və ya xəstəliyə asan qalib gəlmək baxımından düzgün yuxu, qidalanma, idman və psixoloji sakitlik də çox vacibdir. Burada əsas məsələ şəkərli diabet, ağciyər xəstəlikləri, orqan yetməzliyi kimi xroniki xəstəliyi olanları qorumaqdır. Məhz bu insanlar risk qrupuna aiddirlər. Xəstəliyin yüngül keçməsi və müalicənin asanlaşdırılması baxımından erkən diaqnoz çox vacibdir.

O.Müftüoğlu xəstəliyin sürətlə yayıldığı bu dövrdə qidalanmanın əsas qorunma üsullarından biri olduğunu deyib. Bildirib ki, bunun üçün şəkərli və nişastalı qidalardan mümkün qədər uzaq durmaq, tərkibi antioksidan, polifenol, vitamin, mineral və liflərlə zəngin meyvə və tərəvəzə üstünlük vermək, eləcə də bol su içmək lazımdır. Bu sırada rəngli, xüsusilə qırmızı tonlarda, təzə və kökü olan bitkilər xüsusi yer tutur.

Professor əsas qorunma üsullarından birinin də psixoloji sakitlik olduğunu vurğulayıb: “Dünyanı öz təsiri altına alan bu xəstəliyin bir-iki günə keçməyəcəyini hamımız bilirik və buna hazır olmalıyıq. Təşvişə düşmək və başqalarını da öz psixoloji gərginliyinizin altına salmaq yersizdir. Bunun əksinə olaraq, dövlət tərəfindən tətbiq olunan qaydalara riayət etmək və gündəlik həyatınızı özünütəcrid şəraitində saxlayaraq doğmalarınızla səmərəli keçirmək əsasdır. Xəstəliyə qalib gəlmək üçün yalnız bədənimizi deyil, ruhumuzu da bəsləməliyik”.

Türkiyənin koronavirus elmi şurasının üzvü professor Alpay Azap COVID-19-la bağlı bildiyimiz doğru və yanlışlar haqqında danışaraq bildirib ki, xəstəlikdən qorunmaq üçün karantin müddəti və gigiyena çox vacibdir. Lakin insanlar sosial mediada yayılan bəzi yanlış məlumatlara inanaraq öz həyatlarını çətinləşdirirlər. Misal üçün, meyvələrin qabıqlarının mütləq şəkildə soyulması, bayıra çıxdıqdan sonra paltarların dezinfeksiya edilməsi, adi maskaların yuyulması, kimyəvi qida əlavələrinin qəbulu və s. bu kimi məlumatlar əsassızdır. Doğru olan isə qaydalara və gündəlik gigiyenaya düzgün riayət etmək, meyvə və tərəvəzləri bol su ilə yumaq, gündəlik istifadə edilən üst geyimləri havalandırmaqdır.

Hazırda bütün dünya xəstəliyin aradan qaldırılması üçün mübarizə aparır. Dünya həkimləri ilə yanaşı, Türkiyəli mütəxəssislər də xəstəlik əleyhinə dərman və peyvəndin hazırlanması üzərində işləyirlər. Ən son sevindirici xəbərlərdən biri də məhz Türkiyəli mütəxəssislərdən gəldi. Belə ki, Türkiyənin Səhiyyə Nazirliyi nəzdində yaradılmış Koronavirusla Mübarizə Elmi Şurasının üzvü professor Ateş Kara sosial media hesabında “Yaxşı xəbər” başlığı ilə Türkiyədə heyvanlar üzərində sınaqdan keçirilən COVID-19 peyvəndinin müsbət nəticə verərək, orqanizmdə xəstəlik əleyhinə müdafiə sistemini yaratdığını, yaxın zamanlarda peyvəndin insanlara təsirinin araşdırılması ilə bağlı tədqiqatlara başlanılacağını bildirib. Qeyd edib ki, bundan sonra peyvəndin insanları xəstəlikdən qoruyub-qorumaması ilə bağlı araşdırmalar aparılacaq.

Adi vətəndaş olaraq bizim üzərimizə düşən vəzifə isə dövlətimiz tərəfindən tətbiq olunan qaydalara riayət edərək bu xəstəliklə mübarizə işinə kömək göstərməkdir.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb