Türkiyəni yanvarda 2 milyondan çox əcnəbi turist ziyarət edib
Ankara, 23 fevral, AZƏRTAC
Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi 2024-cü ilin yanvar ayı ərzində ölkəyə turizm axını üzrə məlumatları açıqlayıb.
AZƏRTAC xəbər verir ki, ilin birinci ayında Türkiyəni 2 milyon 47 min 27 əcnəbi turist ziyarət edib və bu, 2023-cü ilin analoji dövrünün göstəricisindən 2,05 faiz çoxdur.
Türkiyəyə gələn turistlərin mənsub olduqları ölkələrin siyahısına Rusiya başçılıq edib – 279 min 818 nəfər. Siyahıda sonrakı yerlərdə Bolqarıstan (167 min 138), Almaniya (137 min 955) gəlir. Liderlər arasında Gürcüstan və İran da yer alıb.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Türkiyəni rekord sayda – 56,7 milyon turist ziyarət edib, turizm sahəsindən gəlir isə 54,3 milyard dollara çatıb.
Türkiyənin qonaqları 2023-cü ildə bir gündə orta hesabla 99 dollar xərcləyiblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]