Türkiyənin 15 vilayətində havanın temperaturu 44 dərəcədən çox olub
Ankara, 24 iyul, AZƏRTAC
İyulun 23-də Türkiyənin 15 vilayətində havanın temperaturu 44 dərəcəni keçib. Çərşənbə günü termometrlər Siirt vilayətinin cənub-şərqindəki Kurtulan bölgəsində maksimal temperatur - 47 dərəcə Selsini göstərib.
AZƏRTAC bu barədə Türkiyə Meteorologiya Baş idarəsinin son günlər temperatur rejiminin mövsümi normadan artıq olduğunu qeyd edən məlumatlarına istinadla xəbər verir.
Cənub-Şərqi Anadolu ilə yanaşı, şiddətli istilər Egey bölgəsində də davam edir. Burada yerli hakimiyyət orqanları yaşlı vətəndaşları və uşaqları saat 11:00-16:00 arasında küçəyə çıxmamağa çağırıb, əhaliyə bol su içməyi tövsiyə edib.
Rekord səviyyədə istilər fonunda ekspertlər iqlim dəyişikliyinin təsirləri ilə əlaqədar Türkiyədə bir sıra bitkilərin məhsuldarlığının azalacağını proqnozlaşdırırlar.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [15:30]
Humanoid robotlar sürətlə inkişaf edir
- 12.06.2026 [15:24]
Şimali İrlandiyada iğtişaşlarla bağlı saxlanılanların sayı 19-a çatıb
- 12.06.2026 [15:22]
Kaşağan qaz emalı zavodu layihəsi praktiki icra mərhələsinə qədəm qoyub
- 12.06.2026 [15:16]
Həyat şansı: Çin donor orqanlarının əlçatanlığını genişləndirir
- 12.06.2026 [15:09]
Britaniya iqtisadiyyatı İranla müharibənin təsirini hiss etməyə başlayıb
- 12.06.2026 [15:05]
Böyük Britaniyada 1 milyon gəncə meningit əleyhinə peyvənd təklif olunacaq
- 12.06.2026 [15:03]
Tallinin mərkəzində ilk modul bomba sığınacağı quraşdırılıb
- 12.06.2026 [14:53]
Məşhur rəssam Devid Hokni vəfat edib
- 12.06.2026 [14:51]