TÜRKİYƏNİN ANTALYA VİLAYƏTİNDƏ ZƏLZƏLƏ OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 15-də səhər, yerli vaxtla saat 05.20 radələrində Türkiyənin Antalya vilayətinin ərazisində zəlzələ qeydə alınmışdır. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə, zəlzələnin episentri Antalyanın Qala rayonunda, gücü Rixter cədvəli ilə 3,4 bal olmuşdur. Dağıntı və tələfat yoxdur.