SİYASƏT
Türkiyənin Azərbaycandakı səfiri referendumla bağlı səs verib YENİLƏNİB
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral referendumla bağlı səs verib.
AZƏRTAC xəbər verir ki, diplomat jurnalistlərə açıqlamasında bu referendumun türk xalqına uğur gətirəcəyini söyləyib.
10:26
Bakı, 9 aprel, AZƏRTAC
Türkiyədə Konstitusiya dəyişiklikləri ilə əlaqədar aprelin 16-da referendum keçiriləcək. Bu ölkənin Azərbaycanda yaşayan vətəndaşları isə referendumla əlaqədar aprelin 9-da səs verirlər.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyənin Bakıdakı səfirliyində, eləcə də qardaş ölkənin Gəncə və Naxçıvandakı baş konsulluqlarında seçki məntəqəsi açılıb. Səsvermə üçün Bakıdakı səfirlikdə 5, baş konsulluqlarda bir olmaqla bütövlükdə 7 seçki qutusu qoyulub.
Məntəqələr saat 09:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Paytaxt Bakıda 5 min 832, Gəncədə 213, Naxçıvanda isə 234 olmaqla ümumilikdə 6 min 279 seçici qeydiyyatdan keçib.