DÜNYA
TÜRKİYƏNİN BAŞ NAZİRİNİN YUNANISTANA RƏSMİ SƏFƏRİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Konstantinos Karamanlisin dəvəti ilə bu ölkəyə rəsmi səfərə getmişdir.
Səfər zamanı Türkiyənin Baş naziri Yunanıstanda türklərin məskunlaşdığı şərqi Trakiya bölgəsini də ziyarət edəcəkdir.
Rəcəb Tayyib Ərdoğanın Yunanıstana rəsmi səfəri, burada keçiriləcək görüşlər böyük maraq doğurur. Hər iki ölkə arasında hələ də Kipr və Egey dənizindəki sərhəd məsələlərində anlaşılmazlıqlar vardır. Cari ilin dekabr ayında Türkiyə Avropa Birliyindən üzvlüyə dair müzakirələrin başlamasına dair müəyyən bir vaxtın təyin olunmasını gözləyir. Bu məsələdə Avropa Birliyinin üzvü Yunanıstanın mövqeyi də olduqca əhəmiyyətlidir. Səfər zamanı Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Prezidenti Konstantinos Stefanopulos və ölkə parlamentinin sədri Anna Psaruda-Benaki ilə də görüşləri planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.09.2024 [22:35]
ABŞ prezidenti Harris-Tramp debatını Nyu-Yorkdan izləyəcək
- 10.09.2024 [20:25]
Britaniya hökuməti sərhəd və immiqrasiya sistemini rəqəmsallaşdırır
- 10.09.2024 [19:47]
Böyük Britaniya İrana və Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 10.09.2024 [19:43]
Gürcüstan qonşu ölkələrlə strateji əməkdaşlığa böyük əhəmiyyət verir
- 10.09.2024 [19:41]
Salome Zurabişvili ikinci dəfə Gürcüstan Prezidenti olmaq niyyətindədir
- 10.09.2024 [19:21]
İtaliya 2028-ci ildə Monteneqronun Aİ-yə üzv qəbul ediləcəyinə ümidvardır
- 10.09.2024 [18:29]