Türkiyənin maliyyə naziri: “Fitch”in “B+” reytinqi Ankaranın uğurlu iqtisadi kursunun göstəricisidir
Ankara, 9 mart, AZƏRTAC
Türkiyə hökumətinin iqtisadi siyasəti, həyata keçirilən proqramlar konkret nəticələr verir və bu, ölkənin kredit reytinqində də öz əksini tapır.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xəzinədarlıq və maliyyə naziri Mehmet Şimşek “Fitch” Beynəlxalq Agentliyinin bu ölkənin suveren kredit reytinqini “B”-dən “B+”-ə qaldırması barədə son məlumatını şərh edərkən bildirib.
Maliyyə naziri deyib: “Fitch” agentliyi Türkiyə hökumətinin nailiyyətlərini nəzərə alaraq, ölkəmizin reytinqini artırıb. Reytinq proqnozu “sabit”dən “müsbət”ə yüksəldilib. Bütün bunlar gələcəkdə yeni müsbət qiymətləndirmələrin olacağını gözləməyə əsas verir”.
O, bu ilin ikinci yarısında Türkiyənin makroiqtisadi sabitliyinin möhkəmlənməsi tendensiyasının daha aydın təzahür edəcəyinə əminliyini ifadə edib: “İnflyasiya göstəriciləri azalacaq, tədiyyə balansı göstəriciləri yaxşılaşacaq, maliyyə intizamı təmin ediləcək. Nəticədə, Türkiyənin kredit reytinqləri də yüksələcək”, - deyə M.Şimşek proqnoz verib.
“Fitch” son 12 ildə ilk dəfə Türkiyənin kredit reytinqini artırıb. Agentliyin proqnozlarına görə, 2024-cü ildə Türkiyə iqtisadiyyatının artım tempi 2,8 faizə, 2025-ci ilin yekunlarına görə isə 3,1 faizə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]