Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib
Ankara, 20 sentyabr, AZƏRTAC
Türkiyənin Milli Müdafiə Nazirliyi Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycanı təbrik edib.
AZƏRTAC xəbər verir ki, qardaş ölkənin Milli Müdafiə Nazirliyinin sosial şəbəkələrdə dərc olunmuş təbrik mesajında Məmməd Əmin Rəsulzadənin sözləri sitat gətirilib: “Sən bizimsən, bizimsən, durduqca bədəndə can. Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”.
Təbrikin mətnində daha sonra yazılıb: “Azərbaycanlı qardaşlarımızı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edirik. Ölkələrimiz “Bir millət, iki dövlət” kəlamının işığında bundan sonra da birlikdə olacaqlar”.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [20:55]
MDB ölkələrinin xarici işlər nazirləri Türkmənistanda görüşəcəklər
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]