Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə konsert proqramı təşkil olunub
İstanbul, 23 aprel, AZƏRTAC
Türkiyədə qeyd olunan 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı münasibətilə “Yeddi təpəli şəhər İstanbuldan yeddi qitəyə” adlı konsert proqramı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, ölkənin Prezident Administrasiyası tərəfindən keçirilən konsertdə çox sayda Türkiyə müğənnisi iştirak edib.
Konsert proqramının çəkilişləri Ayasofya Muzeyi, Qız Qalası, Qalata Qülləsi, 15 İyul Şəhidlər Körpüsü, Dolmabaxça Sarayı da daxil olmaqla İstanbulun rəmzlərinə çevrilmiş yeddi məkanda aparılıb. Layihə vasitəsilə İstanbuldan dünyaya sevgi və birlik çağırışları səsləndirilib.
Proqram Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]