Türkiyənin milli valyuta ilə xarici ticarət həcmi artıb
Ankara, 4 iyul, AZƏRTAC
Türkiyənin milli valyuta ilə xarici ticarət həcmi ilin birinci yarısında rekord həddə çataraq 698 milyard 80 milyon lirəyə çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4 faiz çoxdur.
AZƏRTAC bu barədə Türkiyənin Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir.
Son altı ayda 164 ölkəyə məhsullar tədarük edilib.
“Təkcə iyun ayında 29 min 291 türk şirkəti xaricə milli valyutada məhsul tədarük edib”, - deyə Ticarət Nazirliyi qeyd edib.
Nazir Ömər Bolat daha əvvəl bu ilin birinci yarısında Türkiyə ixracatının həcminin ümumilikdə 4,1 faiz artaraq 131,4 milyard dollar təşkil etdiyini, ilin sonuna qədər isə bu göstəricinin 270 milyard dollara çatdırılmasının nəzərdə tutulduğunu bildirib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:51]
İndoneziyada Levotobi vulkanı yenidən püskürüb: hava limanı bağlanıb
- 09.06.2026 [14:47]
Kreml Ermənistan seçkilərinin rəsmi nəticələrini gözləyir
- 09.06.2026 [14:44]
Filippində dağıntılar altında sağ qalanların axtarışı davam edir
- 09.06.2026 [14:40]
Almaniyada hərbi çağırış yaşında olan ukraynalıların sayı kəskin artıb
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]