Türkiyənin nümayəndə heyəti ETSN-də ətraf mühit və balıqçılıqla bağlı məsələləri müzakirə edib
Bakı, 22 dekabr, AZƏRTAC
Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Balıqçılıq və Balıqçılıq Məhsulları üzrə baş direktoru Mustafa Altuğ Atalayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görüşdə ətraf mühitin mühafizəsi, balıqçılıq və akvakulturanın inkişafı, eyni zamanda, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
Qeyd edək ki, səfər çərçivəsində Türkiyə Respublikasının nümayəndə heyəti İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərində, Dövlət Gömrük Komitəsində görüşlər keçirəcək, dövlət və özəl balıqçılıq təsərrüfatları ilə tanış olacaq.